» » Bakıda 240-a yaxın zirzəmisi sulu olan binalar mövcuddur

Bakıda 240-a yaxın zirzəmisi sulu olan binalar mövcuddur

Bölmə: Sosial
Bakıda 240-a yaxın zirzəmisi sulu olan binalar mövcuddurSəhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə daxil olan şikayətlərin 30-40 faizi mənzillərdəki səs-küylə bağlı olur.

"Report" xəbər verir ki, bunu Mərkəzin Sanitariya-gigiyena şöbəsinin müdiri Ziyəddin Kazımov deyib.

Onun sözlərinə görə, RGEM tərəfindən hər il yaşayış binalarının zirzəmilərində epidemioloji araşdırmalar aparılır: "Zirzəmilərə suların bir qismi kommunikasiya xətlərin nasazlığından, bir qismi qurunt sularından, bir qismi isə digər qarışıq sulardan daxil olur".

"Son araşdırmalara görə, Bakı üzrə 240-a yaxın zirzəmisi sulu olan binalar mövcuddur. Bununla bağlı müvafiq dövlət qurumlarına ünvanlar qeyd etməklə məktublar göndərilib. Onların nəzərlərinə qeyd olunan ərazilərdə mühəndis-texniki işlərin aparılmasının vacibliyi çatdırılıb. Əgər zirzəmidə nəmişlik varsa, birinci mərtəbədə yaşayanlar arasında tənəffüs sistemi xəstəliklərinin, o cümlədən ağciyər xəstəliklərinin yaranmasına səbəb olur. Zirzəmilərdə suyun olması yolverilməzdir".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler