» » Babək prospektinin bu hissəsi bağlanır

Babək prospektinin bu hissəsi bağlanır

Bölmə: Sosial
Babək prospektinin bu hissəsi bağlanırBabək prospektində aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq bu gündən etibarən prospektin Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişməsindən Günəşli qəsəbəsi istiqaməti üzrə təqribən 1 km-lik hissədə avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılır.

Xalqinfo.az "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin saytına istinadən xəbər verir ki, həmin istiqamət üzrə hərəkət edən avtonəqliyyat vasitələri müvəqqəti olaraq əks istiqamətə yönəldilir.

Beləliklə əks istiqamət üzrə ikitərəfli hərəkət təmin olunur. Bu məqsədlə Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişmədə yerləşən körpüdən enən kimi, avtonəqliyyat vasitələrinin əks istiqamətə çıxaraq hərəkətlərinə davam etməsi üçün yol ayrıcında xüsusi keçid hissə açılıb.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler