» » Deputatlarla jurnalistlər futbol oynayacaq

Deputatlarla jurnalistlər futbol oynayacaq

Bölmə: Sosial
Deputatlarla jurnalistlər futbol oynayacaqDekabrın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda Milli Məclisin deputatları ilə parlament jurnalistləri arasında futbol yarışı keçiriləcək.

Xalqinfo.az-ın xəbərinə görə, bu barədə Milli Məclisin Gənclər və İdman komitəsinin sədri Fuad Muradov məlumat verib.

Deputat bildirib ki, tanınmış idmançıları, fəal gənclər təşkilatlarının üzvlərini də oyuna dəvət ediblər.

F.Muradov deyib ki, bu gün ölkəmizdə idmanın o sahəsi yoxdur ki, uğurlu nəticələri olmasın: "Artıq bunu bütün dünya qəbul edir. Bütün bunlar təbii ki, Azərbaycan Prezidenti İlham Əliyevin idmana olan böyük qayğısının nəticəsidir. Prezidentimizə ölkəmizin idman ictimaiyyəti adından dərin minnətdarlığımızı bildiririk”.

Qeyd edək ki, Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri F.Muradovun rəhbərliyi ilə Milli Məclisin futbol komandası yaradılıb.

Ötən il komanda Türkiyədə parlamentlərarası futbol oyununda ikinci yeri qazanıb.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler