» » Azərbaycanda Yeni il turları... - Fantastik qiymətlər

Azərbaycanda Yeni il turları... - Fantastik qiymətlər

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Azərbaycanda Yeni il turları... - Fantastik qiymətlərİl sonu yaxınlaşdıqca istirahət planları cızılmağa, çamadanlar hazırlanmağa başlayır. Yeni il gecəsini evdə keçirmək istəməyənlər ya ölkədaxili, ya da ki xarici tur təkliflərini gözdən keçirirlər. Ötən illərə nisbətən bu il tətil günlərinin sayı bir qədər az olduğu üçün tur şirkətləri daha çox ölkədaxili yeni il paketlərini təklif edir.

İlk baxışda bu təkliflər viza və yol xərcləriolmadığı üçün büdcəyə uyğun görünsə də, araşdıran zaman məbləğlərin heç də aşağı olmadığı məlum olur.

Məsələn, Yeni il kampaniyası daxilində 5 ulduzlu QALAALTI HOTELdə 3 gecə 4 gün qalmaq üçün 2 nəfərlik Kotej otağları: 1350 AZN, 2 nəfərlik otel otağı - 1850 azn qiymətinə təklif olunur. Qiymətə 3 dəfə qidalanma və digər xidmətlər daxildir.

Eyni şərtlər, həmçinin aviabilet və viza daxil olmaqla Yeni ili Dubayda qeyd etmək isə 1180 manata başa gəlir.

Qiymətlər əhalinin gəlirləri ilə müqayisədə heç də aşağı olmasa da, araşdırdığımız zaman otellərin bir çoxunda boş yerin qalmadığı məlum oldu.

Azərbaycanda Yeni il turları... - Fantastik qiymətlər

5 ulduzlu SHAMAXİ SHİRVAN HOTEL in təklif etdiyi yeni il kampaniyasına nəzər salaq: 2 nəfərlik qiymət: 660 AZN

3 gecə 4 gün müddətindəki paketə səhər yeməyi, yeni il şou proqramı və digər xidmətlər daxildir.

5 ulduzlu QUBA RİXOS HOTEL-də otaqlar və qiymətlər:
- Deluxe Dağ Mənzərəli Otaq – 1000 AZN
- Deluxe Göl Mənzərəli Otaq - 1050 AZN
- Junior Suite - 1100 AZN

Qiymətə daxildir: oteldə qalmaq və qidalanma: 31 Dekabr (nahar və Qala şam yeməyi); 1 və 2 Yanvar (Səhər və Şam yeməyi);

4 ulduzlu Shaki Palace Hotelinin təklif etdiyi Yeni il Paketi : 590 AZN
Qiymətə daxildir:
Oteldə gecələmə (3 gecə 4 gün), 3 gün səhər yeməyi, Yeni İl Şou proqramı
Paket qiymətlərindən əlavə bölgələrdə 2 nəfər üçün 3 gecə 4 gün otel otaqlarının qiymətlərinə nəzər salaq:

Ladera Resort Qusar – 1332 - 2080

Palidli Beach Resort Lenkoran – 420-611 manat

Sangar Qala Resort İlisu – iki nəfər üçün 552 manat, 2 otaqlı süit otaq isə 1436 manat

Azərbaycanda Yeni il turları... - Fantastik qiymətlər

Yeni il gecəsini paytaxtın məşhur otellərindən birində keçirmək istəyirsinizsə, o zaman tələsməniz məsləhətdir. Çünki bir neçə oteldə artıq otaqlar tükənib. Bir çoxunda isə çox az sayda yer qalıb. Ümumi qiymətlərə nəzər saldıqda isə rəqəmlər aşağıdakı kimi dəyişir:

Hilton Baku otelində yeni il gecəsi üçün bir otağın qiyməti bir nəfər üçün 403 manatdan başlayır. 3 nəfər üçün lüks otağın qiyməti isə 2353 manatdır.

Intourist Hotel Bakuda isə yeni il gecəsi iki nəfərlik qiymətlər202 - 554 manat arasında müəyyən olunub.

Excelsior Hotel & Spa Baku isə 347-431manat aralığında otaqlar təklif edir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler