» » Uşaqlar evdən niyə qaçırlar? -

Uşaqlar evdən niyə qaçırlar? - Komitədən açıqlama

Bölmə: Sosial
Uşaqlar evdən niyə qaçırlar? - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə edilən müraciətlərə əsasən, uşaqların evdən qaçma səbəbi daha çox zorakılq halları ilə bağlı olur.

Xalqinfo.az xəbər verir ki, bunu Trend-ə komitənin Uşaq problemləri şöbəsinin böyük məsləhətçisi Pərviz Əliyev deyib.

Komitə rəsmisi bildirib: “Bizdə bununla bağlı statistika yoxdur. Lakin komitəyə edilən müraciətlər əsasında belə halları qeyd edirik. Bizə ya qaçan uşaqlar, ya da onların valideynləri müraciət edib kömək istəyirlər. Bu müraciətlərə əsasən deyə bilərik ki, uşaqlar evdən daha çox zorakılığa görə qaçırlar”.

P.Əliyev deyib ki, evdən qaçan uşaqların arasında qızlar olsa da, oğlanlar üstünlük təşkil edir:

“Komitəyə il ərzində bununla bağlı 3-4 müraciət olur. Lakin o da nəzərə alınmalıdır ki, evdən qaçan hər bir uşaq bizə üz tutmur. Polisə də müraciət edənlər olur”.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler