Hadi Rəcəblidən gözdən əlillərə müjdə: Maliyyə hesablanırBölmə: Sosial
Əmək və Sosial siyasət komitəsi I qrup gözdən əlillərin təhsil haqqından azad edilməsi ilə bağlı layihənin üzərində işləyir. Oxu.Az-a bu barədə komitənin sədri Hadi Rəcəbli məlumat verib. H.Rəcəblinin sözlərinə əsasən, hazırda sözügedən layihənin maliyyə yükü müəyyənləşdirilir. “Hal-hazırda şöbəmizdə hansı ali təhsil mərkəzində neçə gözdən əlil tələbənin təhsil alması ilə bağlı informasiya toplanılır. Tələbələrin sayı, ünvanı müəyyən olunduqdan sonra layihənin maliyyə yükü dəqiqləşdiriləcək. Bundan sonra layihə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq”, - deyə komitə sədri bildirib. H.Rəcəbli layihə ilə bağlı problemlərin yaranacağı deyib. “Sözügedən layihə qəbul olunduğu halda, digər qrup əlillərlə bağlı problem yarana bilər. Lakin nəzərə almaq lazımdır ki, gözdən əlillərin imkanları daha məhduddur. Ona görə də biz hazırda bu layihəni I qrup əlillərə şamil etmək istəyirik”, - deyə komitə sədri bildirib. |
XƏBƏR LENTİ
10.03.24 10:58 | “Toplum TV” üzərindən yarım milyondan çox vəsait qeyri-qanuni Azərbaycana çatdırılıb
10.03.24 10:38 | Trampın Ukrayna ilə bağlı gizli planı – Bild
10.03.24 10:35 | Zaur Baxşəliyev, Lalə Azərtaş, Tolik, Xoşqədəm Baxşəliyeva, Elgiz Əkbər və Zaur Kamalla bağlı ŞOK YAZI
10.03.24 10:30 | Deputatın oğlu işdən çıxarıldı
10.03.24 10:25 | Tokayev sabah Bakıya gəlir
|