» » Şəxsiyyət vəsiqəsi və ya pasportunu itirənləri yeni ildən nə gözləyir?

Şəxsiyyət vəsiqəsi və ya pasportunu itirənləri yeni ildən nə gözləyir?

Bölmə: Sosial
Şəxsiyyət vəsiqəsi və ya pasportunu itirənləri yeni ildən nə gözləyir?
Müxtəlif qanunvericilik aktlarına edilmiş dəyişikliklərə əsasən, 2018-ci il yanvarın 1-dən etibarən şəxsiyyət vəsiqəsinin, pasportun itirilməsinə və ya qəsdən korlanmasına görə məsuliyyət aradan qaldırılır.

Belə ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” və “Pasportlar haqqında” Qanunlara edilmiş dəyişikliklərə əsasən, müvafiq sənədlərin itirilməsi və ya korlanması məsuliyyət yaradan hallar hesab edilmir.

Vəkil Oqtay Məhərrəmov dəyişiklikləri Oxu.Az-a şərh edərkən bildilib ki, dəyişikliklərə əsasən, həm də İnzibati Xətalar Məcəlləsinin 566-cı maddəsinə də dəyişiklik edilib. Əvvəllər bu maddəyə əsasən, şəxsiyyət vəsiqəsinin, pasportun itirilməsi və ya qəsdən korlanması təqsirli şəxs üçün otuz manat məbləğində cərimə ilə nəticələnirdi. Növbəti ildən isə siz şəxsiyyət vəsiqəsi və ya pasportunuzu itirsəniz və ya korlasanız, bu artıq inzibati məsuliyyətə səbəb olmayacaq. Əvəzində “Dövlət rüsumu haqqında” qanunda edilmiş dəyişikliklərə əsasən, şəxsiyyət vəsiqəsinin və ya pasportun itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə rüsumların məbləği 10 manat artırılıb.

Hüquqşünas hesab edir ki, dəyişiklik vətəndaşlarımızın xeyrinə olmaqla həm onların inzibati məsuliyyətə cəlb edilməsini aradan qaldırır, həm də vətəndaşlara xidmət edilməsində bürokratik və xoş olmayan prosedurların kənarlaşmasına xidmət edir. Belə ki, əgər əvvəllər siz şəxsiyyət vəsiqəsini, pasportu itirsəniz və ya korlasanız, yeni sənədi almaq üçün müraciət etdikdə kifayət qədər ciddi olan inzibati xətalar haqqında işlər üzrə icraat qaydalarına uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməli (30 manat cərimə), bunun üçün müəyyən sənədləşmələrdən keçməli idinizsə, indi adi rüsumlardan 10 manat çox olan rüsumu ödəməklə sənədinizi dəyişə biləcəksiniz. Yeni qayda inzibati orqanların da işini yüngülləşdirəcək, lüzumsuz əməliyyatları iş axımından kənarlaşdıracaq və bəzi hüquqi problemləri (məsələn, məsuliyyətin vacib şərti olan sənədin məhz qəsdən korlanmasını sübut etmək vəzifəsindən azad edir) həll edəcək. Xatırlatmaq yerinə düşər ki, yeni qayda yeni ildən qüvvəyə minsə də, sənədini 01 yanvar 2018-ci il tarixinə qədər itirmiş və ya korlamış şəxslər yeni ildə cərimə ödəmədən və məsuliyyətə cəlb edilmədən sənədlərini dəyişə biləcəklər. Belə ki, inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi var, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiqetmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler