Erməni girovluğundakı azərbaycanlılardan yeni xəbər varBölmə: Sosial
Dekabr ayında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri tərəfindən Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə bir daha başçəkmə baş tutub.Bu barədə Modern.az-a erməni girovluğunda saxlanılan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov məlumat verib. K.Əsgərov atası tərəfindən hər hansı məktub, video göndərilmədiyini bildirib: “Dekabrın 12-də mənə zəng vurub növbəti başçəkmə olduğunu dedilər. Bildirdilər ki, atam nə məktub yazıb, nə şəkil, nə də video göndərib”. K.Əsgərov atasının hər hansı vasitə ilə onunla əlaqə saxlamaq istəməməsinin anlaşılmaz olduğunu bildirib: “Niyə, hansı səbəbdən, bax bunu mənə deyən yoxdur”. BQXK-nin Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova dekabr ayında başçəkmə olduğuna dair məlumatsız olduğunu bildirib. Qeyd edək ki, hazırda Dağlıq Qarabağda üç azərbaycanlı saxlanılır. 2014-cü il iyul ayında Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib. Üçünücü azərbaycanlı Elnur Hüseynzadə isə bu ilin fevralında Talış kəndi istiqamətində naməlum şəraitdə ermənilərin əlinə düşüb. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|