» » Xəzərin səthi ayrıca sazişlə bölünəcək - Video

Xəzərin səthi ayrıca sazişlə bölünəcək - Video

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Xəzərin səthi ayrıca sazişlə bölünəcək - Video
Xəzərin su səthinin bölünməsi prinsipləri ayrıca sazişlə razılaşdırılacaq və qəbul olunacaq.

Xalqinfo.az-ın "Xəzər Xəbər"ə istinadla məlumatına görə, bununla bağlı Xarici İşlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə açıqlama verib. Onun sözlərinə görə, Xəzərin dibinin dövlətlər arasındakı ikitərəfli sazişlər əsasında sektorlara bölünməsi nəzərdə tutulur ki, bu sektorlarda xəzəryanı dovlətlər mineral ehtiyatların hasilatı və işlənməsində suveren hüquqlara malikdirlər.

Razılaşdırılan konvensiya layihəsində su səthi üzrə müəyyən zonalar müəyyən olunub. 15 millik zona dövlətin suveren ərazisi kimi qəbul olunub. 15 milə əlavə olaraq 10 mil balıqçılıq zonası müəyyənləşdirilib. Qalan su səthi ümumi istifadədə qalır.

Nazir müavini qeyd edib ki, Azərbaycan, Qazaxsıtan və Rusiya arasında analoji ikitərəfli sazişlər artıq mövcuddur.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler