» » Otellər niyə nikah kağızı istəyirlər? -

Otellər niyə nikah kağızı istəyirlər? - Video

Bölmə: Sosial
Otellər niyə nikah kağızı istəyirlər? -
Otel sahibləri üçün müştərilərin evli olub-olmamasının əhəmiyyəti yoxdur.

Bu sözləri Lider TV-də Murad Arifin təqdimatında yayımlanan "Status” verilişində otel rəhbəri Ramin Zamanov deyib:

"İlk olaraq onu deyim ki, Azərbaycanda heç bir oteldə xarici vətədaşlardan nikah kağızı tələb edilmir. Bu problem yerli əhaliyə aiddir. Otel bir qayda olaraq müştərilərini qeydiyyata almalıdır. Yəni şəxsiyyət vəsiqəsinin sürətini çıxarıb, otağı həmin şəxsin adına qeydiyyatdan keçirməlidir. Təəssüf ki, vətəndaşlar qeydiyyatdan yayınırlar və buna görə, hətta otağın qiymətinin iki qatını verməyə hazırdılar. Təxminən iki il bundan öncə Azərbaycana belə turist axını yox idi, otellər bizneslərini ayaqda saxlamaq üçün məcbur olub bu yola gedirdilər. Qeydiyyat demək olar ki, aparılmırdı. Daxili İşlər Nazirliyi və digər qurumlar yoxlamalar aparanda məlum olurdu ki, nömrələrin 70 faizində qeydiyyat aparılmayıb. Dərhal tələb edilirdi ki, otaqlar açılsın və yoxlanılsın”.

R.Zamanov deyib ki, ümumiyyətlə müştəridən şəxsiyyətini təsdiq edən sənəddən başqa sənəd tələb etmək qanunauyğun deyil:

"Amma yoxlamaların sayı artdıqca, məsələnin digər tərəfi qabardıldıqca, bununla mübarizə aparmaq üçün artıq otellərdə nikah sənədi tələb edilməyə başladı. Yoxlamalar otelləri buna vadar etdi”.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler