FHN Akademiyasında Heydər Əliyevi anım mərasimi keçirildiBölmə: Sosial
![]() Fövqəladə Hallar Nazirliyinin Akademiyasında fəaliyyət göstərən “Heydər Əliyev Məktəbinin lektoriyası”nın növbəti məşğələsi keçirilib. Xalqinfo.az-ın xəbərinə görə, məşğələ ulu öndər Heydər Əliyevin anım gününə həsr olunub. Tədbirdən öncə Heydər Əliyevin Akademiyanın həyətindəki abidəsi ziyarət edilib. Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi, general-mayor Pənah Süleymanov Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan və ictimai-siyasi fəaliyyətindən, elm, təhsil sahəsinin inkişafında göstərdiyi əvəzolunmaz xidmətlərindən söz açıb, onun rəhbərliyi ilə gerçəkləşən böyük əhəmiyyətli quruculuq işlərindən bəhs edib. O qeyd edib ki, anım günü ərəfəsində - dekabrın 5-dən başlayaraq Akademiyanın Heydər Əliyev Mərkəzində müvafiq cədvələ əsasən, “Ulu öndər Heydər Əliyev Müstəqil Azərbaycanın memarı və qurucusudur” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzusunda açıq dərslər keçirilir və həmin dərslərin keçirilməsi dekabrın 12-dək davam etdiriləcək. Toplantıda çıxış edən Milli Məclisin deputatı, professor Elman Nəsirov Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan dövlətçiliyinin bərpasında, qorunub saxlanılmasında göstərdiyi misilsiz xidmətlərindən bəhs edib. O bildirib ki, Heydər Əliyev tərəfindən əsası qoyulmuş strateji inkişaf xətti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Tədbirin sonunda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş olunub. ![]() ![]() ![]() |
XƏBƏR LENTİ
19.02.19 22:05 | Hövsanda acınacaqlı mənzərə
19.02.19 21:59 | Bakının mərkəzi küçələrinin kəsişməsində nə baş verir?
19.02.19 21:42 | Daha bir senator ABŞ prezidentliyə namizəd oldu
19.02.19 21:39 | Ramil Usubov Sumqayıt yol polisinə yeni rəis təyin etdi
19.02.19 21:35 | Azərbaycan və çeçen ağsaqqalları görüşdü
19.02.19 21:26 | Milli Məclisdə könüllülərin sualları cavablandırıldı
19.02.19 21:15 | Polkovnik - leytenant xərçəngdən vəfat etdi
19.02.19 21:12 | Prezident Sahil Babayevə yeni müavin təyin etdi
19.02.19 21:09 | Ramil Usubov Türkiyədə səfərdədir
19.02.19 21:07 | DTX rəhbəri prezidentin səsini dinlədiyi üçün həbs edildi
19.02.19 06:47 | Azərbaycan Prezidenti İlham Əliyev
: "Bu zavodda istehsal olunan məhsullar ölkəmizə valyuta gətirəcək"
: "Bu zavodda istehsal olunan məhsullar ölkəmizə valyuta gətirəcək"
19.02.19 06:42 | Ayaqqabısının ölçüsü qədər iş görməyənlər...” - Prezidentlə görüşdən
19.02.19 06:26 | "Prezident Administrasiyasından mənə telefon zəngi oldu və dedilər ki..." -
Rüstəm İbrahimbəyov
Rüstəm İbrahimbəyov
18.02.19 13:10 | İqbal Ağazadə ona 165 min “atana” kömək olunmasını istəyib
18.02.19 12:31 | İlham Əliyev Sumqayıtda zavod açılışında
18.02.19 12:30 | Ramil Usubov polis kapitanına VƏZİFƏ VERDİ
17.02.19 13:42 | Zakir Həsənov BƏƏ-nin müdafiə məsələləri naziri ilə görüşdü
17.02.19 13:40 | Azərbaycanda hava şəraiti dəyişəcək, sulu qar yağacaq
|