» » Millət vəkili Türkman Cəbhəsinin lideri ilə görüşdü -

Millət vəkili Türkman Cəbhəsinin lideri ilə görüşdü - Foto

Bölmə: Sosial
Millət vəkili Türkman Cəbhəsinin lideri ilə görüşdü -
Millət vəkili Qənirə Paşayeva Bağdadda İraq Türkman Cəbhəsini ziyarət edib və onun lideri Ərşad Salehi ilə görüşüb.

Xalqinfo.az xəbər verir ki, görüşdə İraqdakı vəziyyət, bu ölkədə yaşayan türkmanların durumu, Azərbaycanla İraq arasında münasibətlərin inkişafı istiqamətində mövcud olan potensial barədə fikir mübadiləsi aparılıb.

Azərbaycanı qardaş ölkə adlandıran Ərşad Salehi İraqda türkmanların üzləşdikləri problemlər, onların öz evlərindən köçkün düşmələri, həyatlarını itirmələri, beynəlxalq ictimaiyyətin bu məsələyə biganə münasibəti barədə fikirlərini bölüşüb və türk toplumlarından, diaspor təşkilatlarından daha çox dəstək gözlədiklərini bildirib:

“Özəlliklə, son aylar İŞİD tərəfindən İraqda həyata keçirilən insanlıq dramı və İraqda türkmanların vəziyyətinin daha da gərginləşməsi bizi dərindən narahat etmişdi. İraqda İŞİD-lə mübrizədə əldə edilən nailiyyətlər, bu istiqamətdə vəziyyətin düzəlməsi, türkman soydaşlarımızın yaşadığı acıların azalması üzüntümüzü bir az da olsa, azaltdı. Bu hadisələr zamanı qətlə yetirilən türkman qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına səbr diləyirik”.

Görüşün sonunda millət vəkili təşkilat rəhbərlərinə Qarabağ problemi ilə bağlı son durumdan da danışıb və Xocalı soyqırımının tanınması məsələsinin İraq Parlamentinin müzakirəsinə çıxarılmasının vacibliyini vurğulayıb. Q.Paşayeva bildirib ki, bu istiqamətdə türkman millət vəkillərinin ciddi dəstək və səylərinə böyük ehtiyac var.

Millət vəkili Türkman Cəbhəsinin lideri ilə görüşdü -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler