» » Hacı Şahin Türkiyədə verilən fitvaya qarşı çıxdı

Hacı Şahin Türkiyədə verilən fitvaya qarşı çıxdı

Bölmə: Sosial
Hacı Şahin Türkiyədə verilən fitvaya qarşı çıxdı
Xəbər verdiyimiz kimi, Türkiyə Dəyanət Vəqfi Dini İşlər İdarəsi kişi ilə qadın arasında dini nikahın telefon, məktub, mesaj və internetlə pozula biləcəyi barədə fitva verib. Bildirilib ki, belə boşanma üz-üzə boşanma kimi etibarlıdır. Qadın məktubu oxuduğu andan dini nikah pozulur.

Bəs bu cür hallar ölkəmizdə də mümkündürmü?

Xalqinfo.az-ın xəbərinə görə, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, ilahiyyatçı alim Hacı Şahin AzVision.az-a bildirib ki, dini nikahın pozulması dinimizdə müəyyən qaydalarla tənzimlənir.

“Boşanmaq üçün talağ oxunmalıdır. Tərəflərin hər ikisi din xadiminə müraciət edir və boşanma haqqında talağ oxunur. Bundan sonra onlar ayrılmış sayılırlar. Boşanmaq məsələsini yüngülləşdirmək yaxşı bir şey deyil. Dini-nöqteyi nəzərdən boşanma bəyənilməyən əməldir. Boşanmaya evlənməkdən daha ağır şərtlər qoyulur. İnsanlar nikahın pozulmasına yüngül hal kimi baxmasınlar”.

Hacı Şahin hesab edir ki, ailələrin hər hansı məktub, mesajla boşanması düzgün deyil.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler