» » İnsan Resursları Üzrə Mütəxəssis:

İnsan Resursları Üzrə Mütəxəssis: Gözünüz Qorxmasın!

Bölmə: Sosial
İnsan Resursları Üzrə Mütəxəssis:
Bu gün yüzlərlə azərbaycanlı gənc xaricdə təhsil alır. Həmin gənc ölkəmizi olduqları ölkələrdə təmsil almaqla yanaşı, həm də sonradan peşəkar kadr kimi ölkəyə dönür. Bu günlərdə xaricdə təhsil alaraq, vətənimizə qayıdan Azərbaycanlı tələbə Günay Fətəliyeva öz fikirlərini "xaricdetehsil" saytı ilə bölüşüb.

Xalqinfo.az Modern.az-a istinadən həmin yazını oxuculara təqdim edir.

1984-cü ildə anadan olan gəncimiz 2001-ci ildə Azərbaycan Dillər Universitetinin “Filologiya” fakültəsinin tələbəsi olub. 2005-ci ildə isə bakalavr təhslini başa vuran Günay elə həmin il univeristetin magistratura pilləsinə daxil olub. Lakin “İngilis dili və ölkə ədəbiyyatı” fakültəsini bitirən tələbəmiz bununla kifayətlənmir. O, 2014-cü ildə Uelsin paytaxtı Kardiffə yollanaraq, “Cardiff Business School” da “İnsan resuslarının idarə edilməsi” ixtisası üzrə təhsilini davam etdirib. O, ölkəmizə qayıtdıqdan sora HR mütəxəssisi olaraq, müxtəlif şirkətlərdə çalışıb. Odur ki, xaricdə, yəni Uelsdə təhsil sistemi ilə bu dəfə bizi Günay yaxından tanış edəcək.

İnsan Resursları Üzrə Mütəxəssis:

Hədəflərim dəyişdi…

“Xaricdə təhsil almaq uşaqlıq arzum olub. Xüsusilə, İngiltərədə. İxtisasımın filologiya olmasına baxmayaraq, bank sektorunda işləyirdim. Lakin içimdə daha çox NƏYİ? istədiyimi araşdırırdım. Bir gün gənclər təşkilatlarından birində HR kurslarının keçiriləcəyi barədə elan verildi. Müxtəlif şirkətlərdən fərqli gənclər olaraq, müsahibə vasitəsilə bu layihəyə qoşulduq. Üç ay ərzində bizi həqiqətən çox yaxşı maarifləndirdilər. Hətta bəzi tələbələr öz ixtisaslarını dəyişərək, insan resuslarını seçdilər. ELƏ MƏN DƏ. Çünki onlar mənə balığı verməyi deyil, onu necə tutmağı öyrətdilər. Bu sistem, xüsusilə, yapon idarəçiliyində mövcuddur. İşçilərini düzgün istiqamətə yönlədirməklə, onların bacarıqlarından səmərəli istifadə edirlər. Nəticə isə mükəmməl olur.

Hədəflərini dəyişən Günay Fətəliyeva işlədiyi müddət ərzində xaricdə təhsil alan tələbələrin daha güclü və təcrübəli olduğunu deyir. Elə bu səbəbdən, ixtisasını dəyişərək, daha peşəkar olmaq üçün uşaqlıq arzularının arxasınca yollanır.

İnsan Resursları Üzrə Mütəxəssis:

“Cardiff Business School” paytaxt Uelsdə yerləşir. Universitet əsasən tədqiqat üzrə ixtisaslaşıb. Burada tələbələr daha çox “Beynəlxalq idarəçilik”, “Maliyyə və finans” ixtisasları üzrə təhsil almağa üstünlük verirlər. Buna səbəb universitetin adının həqiqətən də biznes məktəbi olaraq, reytinq üzrə dünya ölkələri sırasında yüksək pillədə gəlməsidir. Təhsil müəssisəsi dörd akademik bina və iki kampusdan ibarətdir. Müsa­hibimiz bildirir ki, “burada magistr təhsili almaq çox çətindir. Bu çətinlik isə daha çox araşdırma aparmağa imkan yaradır. Təbii ki, bu sahədə müəllimlərin köməyi də danıl­mazdır. Buranın gözəlliyini isə dillə təsvir etmək mümkün deyil. Gərək gözlərinizlə görəsiniz. Ən qədim kilsələri, yaşıllıqları və s. Londondan fərqli olaraq, Kardiff yağışı ilə deyil, günəşli günləri ilə seçilir”.

İnsan Resursları Üzrə Mütəxəssis:

“Araşdırma insanı inkişaf etdirir”

“Cardiff Business School”da dərslər 8 moduldan ibarətdir. Əsasən qarşılıqlı ünsiyyət vasitəsilə keçirilir. Eyni zamanda tapşırıqlar yazırsan. Bu zaman şirkətlərin təcrübələrindən daha çox istifadə edilir. Mənim üçün əvvəllər çətin idi. Yeni bir neçə mənbələrdən istifadə etməlisən və analiz etdikdən sonra öz fikirlərini yazmalısan. Bu metod Bakıdakı tələbəlik illərimdə yox idi. Daha çox bir mənbədən istifadə edirdik. Bunun ölkəmizdəki təhsil sistemində də bərpa olmasını istərdim. Bu, bir mənbəyə əsaslanıb, əzbərləmənin və kortəbii qavramanın qarşısını alacaq.

İş imkanları məhduddur…

Günay Fətəliyeva bildirir ki, burada tələbələr daha çox işləməyə üstünlük verirlər. Əsasən də Hindistandan gələn gənclər iş axtarışındadırlar. Azərbaycandan və Ərəb ölkələrindən olan gənclər isə adətən işləmirlər. Ümumiyyətlə, iş imkanları İngiltərədə məhdud şəkildədir. Burada daha çox “Maliyyə və finans” fakül­tələrinin tələbələri, təcrübə proqramında iştirak edən gənclər rahat şəkildə iş tapa bilirlər. Bir də şansı çox olanlar.

“Azərbaycanı az da olsa tanıyırlar”

“Düzünü desəm, ölkəmizi təmsil etmək üçün böyük bir şey etməmişəm. Lakin dünyanın müxtəlif ölkələrindən gələn tələbələrə Azərbaycan haqda məlumtlar vermişəm. Onlar daha çox futbol sahəsi ilə maraqlanırlar. Xüsusilə, Azərbaycan Kardiff ilə yoldaşlıq oyunlarında qarşılaşdıqları üçün ölkəmizin adı onlara tanış gəlir. “Oooooo futbol” – deyə xatırlayanlar da az deyil. Bundan əlavə Novruz bayramında hazırlanan tədbirlərdə çalışıram ki, fəal iştirak edim”.

İnsan Resursları Üzrə Mütəxəssis:

Tələbəlik insanı həyata hazırlayır…

“Xaricdə təhsil almağım mənə araşdırma qabiliyyətini aşıladı. Əvvəllər köməkdən istifadə edirdim. Amma indi özüm demək olar ki, araşdırmaçıyam. Müqayisələr aparıram. Bir məsələyə bir neçə səmtdən yanaşa bilirəm. Buradakı həyat insana qanunlara tabe olmağı, ədalətli davranmağı öyrədir. İnsanların kitab oxumaq mədəniyyəti belə fərqlidir. Ölkəmizdə təəccüb doğuran hadisələr burada normal qarşılanır. Gənclər daha sosialdır. Yaşam tərzləri fərqlidir. İnsan demək olar ki, fərd olaraq yetişir. Tək tələbəlik insanı həyata hazırlayır, tək qalmağı, büdcəni planlaşdırmağı, böhranlı vəziyyətlərdən çıxmağı öyrədir”.

“Gözünüz qorxmasın”

“Xaricdə təhsil almaq istəyən tələbələrə bu şansı dəyərləndirmələrini tövsiyyə edərdim. Bu çox çətin görünən bir yoldur. Amma heç də belə deyil. Adətən bir çox şirkətlər uni­versitetlərdən ərizlərin doldurması, müraciətlərin olunması, əməkdaşlıq üçün müəyyən miqdarda pul tələb edirlər. Bir çox tələbləri də elə bu qorxudur. Düşünürlər ki, müra­ciətləri alınmaz. Amma bu, çox asan bir proesdir. Sadəcə, hər bir tələbə universitetin saytına daxil olaraq, lazımi sənədləri doldurmalı və göndərməlidir. Məlumatları düzgün göndərdikdən sonra qəbul almaq çox asandır. Artıq bir çox şirkət Azərbaycanda idarəetmə üsulunu dəyişir. Qurumlar daha çox beynəlxalq təcrübəyə üstünlük verirlər. Onların içində yerli təhsil sistemi ilə üstün olmaq çətin olur. Daha çox savad və təcrübə tələb olunur. Odur ki, bir çox üstünlüklərini nəzərə alsaq, gənclərin xaricdə təhsil almağı vacibdir. Bu yolda qorxmasınlar. Uğurlar”…

İnsan Resursları Üzrə Mütəxəssis:

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler