» » Bu şəxslərə dövlət qulluqçusu statusu veriləcək

Bu şəxslərə dövlət qulluqçusu statusu veriləcək

Bölmə: Sosial
Bu şəxslərə dövlət qulluqçusu statusu veriləcək
Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinə dövlət qulluqçusu statusu verilir.

Xalqinfo.az Report-a istinadən xəbər verir ki, bununla bağlı “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik edilir.

Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrində fəaliyyət göstərən şəxslər bu statusu alacaqlar. Bu şəxslərin dövlət məvacibi (əməkhaqqı), tibbi sığorta, nəqliyyat xərcləri, yaşayış sahəsinin icarə xərcləri, məktəbyaşlı ailə üzvlərinin təhsil haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu qanunun dövlət qulluqçularına aid edilən digər təminatlarla bağlı müddəaları Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə də şamil ediləcək.

Layihə Milli Məclisdə müzakirəyə çıxarılaraq, plenar iclasa tövsiyə olunub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler