» » “Prezident rabitəçiləri unutmur” -

“Prezident rabitəçiləri unutmur” - Sirus Abbasbəyli

Bölmə: Sosial
“Prezident rabitəçiləri  unutmur” - Dekabrın 6-da Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsinin işçiləri peşə bayramlarını qeyd edirlər.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin 02 dekabr 2006-cı il tarixli sərəncamı ilə təsis olunub. O vaxtdan bütün respublikada rabitəçilər və informasiya texnologiyaları sahəsinin işçiləri öz peşə bayramlarını qeyd edirlər.

Peşə bayramının məhz bu gündə qeyd olunması Azərbaycanda ilk telefon xəttinin yaradılması ilə bağlıdır. Belə ki, 1881-ci il dekabrın 6-da Bakıda “Nobel qardaşları” cəmiyyəti tərəfindən ilk telefon xətti çəkilib.
Azərbaycanda rabitə sahəsi Azərbaycanın ümummilli lideri Heydər Əliyevin hakimiyyəti illərində xüsusilə inkişaf etməyə başlayıb.

Azərbaycanda rabitə sisteminin əsas inkişaf dövrü 70-80-ci illərə təsadüf edir. Həmin illərdə respublikaya rəhbərlik etmiş Heydər Əliyevin bu sahənin inkişaf etdirilməsinə göstərdiyi xüsusi diqqət o dövrün rəsmi sənədlərində geniş şəkildə öz əksini tapır.

Sabiq rabitə naziri, BMT nəzdində Beynəlxalq Rabitə Akademiyasının Azərbaycan bölməsinin rəhbəri Sirus Abbasbəyli Modern.az-a bu günlə bağlı açıqlama verib.

O, rabitə işçilərini təbrik edib.

“Bildiyiniz kimi, cənab prezident bir qrup rabitə işçilərini mükafatlandırıb. Ona görə prezidentimizə təşəkkür edirəm ki, rabitəçiləri unutmur. Mən rabitə sahəsində 1965-ci ildən çalışmağa başlamışam. Montyor, texnik, mühəndis, baş mühəndis, idarə rəisi, nazir müavini və nəhayət 1992-1997-ci illərdə rabitə naziri vəzifəsində çalışmışam.

Fəxr edirəm ki, nazir işlədiyim dövrdə Azərbaycan rabitəsini Avropa səviyyəsinə yüksəldə bilmişəm. Çox qısa müddətdə bizim rabitə sistemimiz yüksək səviyyəyə qalxmışdı. Ulu öndərimiz Heydər Əliyev 11 dəfə rabitə qurğularının açılışında iştirak edib və mənim əməyimi dəfələrlə yüksək qiymətləndirib.

İşlədiyim dövrdə 100-lə rabitə işçilərinə fəxri adlar verilməsi üçün ulu öndərimizə müraciətlər etmişdim və rəhmətlik mənim müraciətlərimi cavabsız qoymamışdı. Təvazökarlıqdan uzaq da olsa öz adımı bir dəfə də olsun nə siyahıya salmışam, nə də xatırlatmışam.

Düşünürəm ki, bu qədər işlərdən sonra güman ki, məni xatırlayarlar. Bir daha rabitə işçilərini təbrik edirəm. Onlara bu çətin və şərəfli işlərində uğurlar arzulayıram”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler