» » Yeni təhsil naziri kim ola bilər? -

Yeni təhsil naziri kim ola bilər? - Misir Mərdanov ehtimaldan danışdı

Bölmə: Sosial
Yeni təhsil naziri kim ola bilər? -
Dünən prezident İlham Əliyev vergilər naziri Fazil Məmmədovu və təhsil naziri Mikayıl Cabbarovu vəzifəsindən azad edib.

Ölkə başçısının digər sərəncamı ilə Mikayəl Cabbarov vergilər naziri postuna aparılıb. Təhsil naziri vəzifəsinə isə hələ ki təyinat olmayıb.

Hazırda təhsil naziri postuna kimin gətiriləcəyi müzakirə olunmaqdadır. İctimaiyyət müxtəlif versiyalar səsləndirir. Hətta keçmiş təhsil naziri Misir Mərdanovun yenidən bu vəzifəyə qaytarılacağını mümkün sayanlar da var.

Modern.az saytı Misir Mərdanovla əlaqə saxlayaraq yeni təhsil nazirinin kim olacağı ehtimalını xəbər alıb.

“Kimin nazir təyin olunması cənab prezidentin sərəncamındadır. Kim təyin olunacaqsa, həmin şəxsə ancaq uğurlar arzu edə bilərəm. Əsas odur ki, təhsilimizə töhfə versin. Başqa heç nə deyə bilmərəm”, - deyə Misir Mərdanov bildirib

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler