» » Bakıda bayram yarmarkaları fəaliyyətə başladı

Bakıda bayram yarmarkaları fəaliyyətə başladı

Bölmə: Sosial
Bakıda bayram yarmarkaları fəaliyyətə başladı
Bakıda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 1 yanvar - Yeni il münasibətilə bayram yarmarkalarına start verilib.

Xalqinfo.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyib.

Qurum rəsmisi bildirib ki, artıq bir neçə ərazidə yarmarka çadırları qurulub və fəaliyyətə başlayıb: "Artıq metronun "Elmlər Akademiyası, "28 May", "Nəriman Nərimanov", "Koroğlu", "Neftçilər" və "İnşaatçılar" stansiyalarının qarşısında çadırlar qurulub".

Onun sözlərinə görə, çadırların digər ərazilərdə quraşdırılması prosesi davam etdirilir: "Müxtəlif yerlərdə təxminən 12-13 çadırın təşkili nəzərdə tutulur. Çadırların quraşdırılmasında məqsəd bayram ərəfəsində küçələrdə pərakəndə satışların qarşısını almaq və bazar qiymətlərinə nisbətən ucuz məhsullar təklif etməkdir".

Ə.Bağırov bildirib ki, bayram yarmarkaları 2018-ci il yanvarın 3-dək davam edəcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler