Fazil Məmmədov onu vəzifəsindən azad etdi - Yeni təyinat
04 dekabr 2017 18:50
Baxış: 335
Şərh: 0
Çap
Vergilər Nazirliyinin insan resursları departamentinin baş direktoru Faiq Şahbazov tutduğu vəzifədən öz ərizəsi ilə istefa verib.
Unikal.org-un əldə etdiyi məlumata görə, F.Şahbazov öz ərizəsini Vergilər Naziri Fazil Məmmədova təqdim edib.
Nazir baş direktorun ərizəsini qəbul edib və Faiq Şahbazovu vəzifəsindən azad edib.
Nazir onun yerinə kiçik vergi xidməti müşaviri Süleymanov Elməddin Nizaməddin oğlunu insan resursları departamentinin müvəqqəti baş direktoru vəzifəsinə təyin edib.
Xatılaladaq ki, Faiq Şahbazov Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun bacısının həyat yoldaşıdır.
|