» » Sumqayıtda yaşayanlara şad xəbər

Sumqayıtda yaşayanlara şad xəbər

Bölmə: Sosial
Sumqayıtda yaşayanlara şad xəbərSumqayıt dənizkənarı parkının ərazisində ödənişsiz “Wi-Fi” şəbəkəsinin yaradılması layihəsi baxılması üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təqdim edilib.

Xalqinfo.az xəbər verir ki, bu barədə Trend-ə “Aztelekom” MMC-nin Sumqayıt telekommunikasiya qovşağından məlumat verilib.

Məlumatda qeyd olunur ki, şəbəkənin yaradılması ilə bağlı işlər layihənin qurum tərəfindən təsdiqlənməsindən dərhal sonra başlayacaq: “Hələlik ödənişsiz “Wi-Fi” şəbəkəsinin Sumqayıt dənizkənarı parkının ərazisində yaradılması nəzərdə tutulur.”

Qeyd edək ki, “Bakı Telefon Rabitəsi” MMC Bakı şəhərinin ərazisində ödənişsiz “Wi-Fi” şəbəkəsinin yaradılması ilə məşğul olur. Bugünədək paytaxtın 17 parkında belə şəbəkələr yaradılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler