» » Camal Mustafayev sabah dəfn olunacaq

Camal Mustafayev sabah dəfn olunacaq

Bölmə: Sosial
Camal Mustafayev sabah dəfn olunacaqDekabrın 2-də vəfat edən professor Camal Mustafayevin cənazəsi bu gün Gürcüstana yola salınacaq.

Teleqraf.com xəbər verir ki, bunu “Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli bildirib. Onun sözlərinə görə, cənazə Gürcüstana yola salınmazdan öncə Heydər məscidində vida mərasimi keçiriləcək.

Dəfn mərasimi dekabrın 5-də, saat 12:00-da Qardabani rayonunun Kosalı kəndində olacaq.

Qeyd edək ki, 1928-ci ildə Kosalı kəndində anadan olan Camal Mustafayev fəlsəfə elmlər doktoru, professor, əməkdar elm xadimi, Xəzər Universiteti Tərcümə Araşdırmalar Mərkəzinin direktoru idi. O, xalq arasında daha çox Dədə Camal təxəllüsü ilə tanınırdı.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler