» » Gürcüstanda Azərbaycan səhiyyəsinə güldülər -

Gürcüstanda Azərbaycan səhiyyəsinə güldülər - Bakıdan rəsmi cavab verildi + Video

Bölmə: Sosial
Gürcüstanda Azərbaycan səhiyyəsinə güldülər - Tibilisidə fəaliyyət göstərən "New Hospitals" Klinikasının direktoru Nika Okriaşvili Azərbaycan səhiyyəsi ilə bağlı tənqidi fikirlər səsləndirib.O, səhiyyə ilə bağlı tədbirlərin birində Azərbaycanda xeyli sayda xəstəxananın olmasına rəğmən ölkəmizdən Tibilisiyə xeyli sayda insanın müalicəyə gəldiyini vurğulayıb.

“Azərbaycanın Gəncə adlı bir şəhəri var. Böyük şəhərdi. O şəhərin bir avtovağzalı var. O avtovağzalda taksilər dayanır. O taksi sürücülərinin hamısı mənim əməkdaşlarımdı. Onlar hər il mənə Azərbaycandan 8 min xəstə gətirirlər. Taksi sürücüləri artıq o gədər xəstə gətiriblər ki, onlar artıq professional olublar, xəstə klinikaya çatana kimi onlar xəstədən anamnez məlumatları toplayır , mənə mesajla göndərirlər. Onlar tibbi terminologiya ilə danışa bilirlər. Azərbaycanlıların pulu çoxdur, onlar böyük xəstəxanalar tikiblər. Amma hamısı mualicəyə Tbilisi şəhərinə gəlir", - deyə Nika Okriaşvili bildirib. Gürcü həkim bu fikirləri səsləndirərkən zalda oturanlar qəhqəhə ilə gülüblrə.

Məsələ ilə bağlı Azərbaycan Səhiyyə Nazirliyinin əməkdaşı Səfayə Əhmədova Modern.az-a açıqlama verib. S.Əhmədova tibbi baxımdan problemi olan şəxslərin öz xəstəliyi barədə taksi sürücüsünə məlumat verməsini absurd adlandırıb:

“Səhhətində problem olan insan, xəstə həkimə müraciət edir, taksi sürücüsü ilə məsləhətləşmir. Kimsə özünü reklam edirsə, kimsə reytinq yığırsa, ətrafındakılar buna gülüşürsə, onun dedikləri də inandırıcı görünmür və etibar ediləsi amil deyil”.

Nazirlik rəsmisi bildirib ki, bu cür “çıxışlar” Azərbaycan səhiyyəsində baş verən yeniliklərə kölgə sala bilməyəcək:

“Kim necə istəyirsə, çıxış etsin. Bu, onların şəxsi fikirləridir. Azərbaycan səhiyyəsi göz qabağındadır”.

Modern.az "New Hospitals" Klinikasının direktoru Nika Okriaşvili Azərbaycanla bağlı çıxışını təqdim edir:



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler