» » Qızları Türkiyə universitetində birinci olan ata: “Əgər Azərbaycan onları qəbul etməsə…”

Qızları Türkiyə universitetində birinci olan ata: “Əgər Azərbaycan onları qəbul etməsə…”

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Qızları Türkiyə universitetində  birinci olan ata: “Əgər Azərbaycan onları qəbul etməsə…”
Türkiyənin Bahçeşəhir universitetini (BAU) birinciliklə bitirən Günel və Xeyransa Musayevalardan xəbər var.

Musayeva bacılarının atası Elşad Musayev Modern.az-a açıqlamasında qızlarının gələcək planlarından söz açıb.

“Qızlar hazırda magistr pilləsi üzrə təhsillərini davam etdirirlər. Elə həmin Baxçeşehir Universitetindədirlər. Bundan sonra yenə də təhsillərini davam etdirmək istəyirlər. Bu dəfə doktranturada oxumaq fikirləri var. Qızlara iş təklifləri də gəlir. Artıq Günel özəl şirkətlərin birində işə başlayıb. Bu iş onun təcrübə qazanması üçün çox önəmlidir”

Musayeva bacılarının Azərbaycanda işləməsinə gəlincə, Elşad Musayev yaxşı təklifə “yox” deməyəcələrini bildirib.
“Azərbaycan bizim vətənimizdir. Övladlarımıza ona görə yaxşı təhsil veririk ki, ölkəmizə, millətimizə xidmət etsinlər. Əgər Azərbaycan onları qəbul etməsə, ölkədən kənarda işləmək məcburiyyətində qalacaqlar”.

Qızları Türkiyə universitetində  birinci olan ata: “Əgər Azərbaycan onları qəbul etməsə…”

Qeyd edək ki, Türkiyənin Baxçeşəhir Universitetinin Beynəlxalq Maliyyə və İqtisad fakültəsinin azərbaycanlı məzunu Günel Musayeva bu il universitet birincisi olub və "Altun beyin” ödülü qazanıb. Baxçeşəhir Universitetinin Beynəlxalq maliyyə və Menecment fakültəsinin azərbaycanlı məzunu Xeyransa Musayeva isə yüksək nəticə göstərərək universitet üçüncüsü olub. Xeyransa Musayeva Günel Musayevanın bacıdır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler