» » Paytaxtın iki qəsəbəsi qazsız qaldı

Paytaxtın iki qəsəbəsi qazsız qaldı

Bölmə: Sosial
Paytaxtın iki qəsəbəsi qazsız qaldıBakı şəhər Sabunçu rayonunun Məhəmmədi və Kürdəxanı qəsəbələrində təbii qaz təchizatında məhdudiyyət yaranıb.

Xalqinfo.az xəbər verir ki, “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Kərbəlayev "Trend"ə bildirib ki, saat 21:05 radələrində Sabunçu rayonu ərazisində 2-ci Zabrat Qaz Paylayıcı Stansiyasından qidalanan Zabrat-Bilgəh diametri 280 mm-lik polietilen orta təzyiqli yeraltı qaz xəttinə paralel gedən eləcə də istismarı dayandırılmış yeraltı polad qaz kəməri naməlum şəxslər tərəfindən qazılaraq aparmaq istəyərkən polietilen qaz kəməri zədələnərək deşilmişdir.Qaz xəttində baş vermiş qəza ilə əlaqədar,şəbəkənin qaz təchizatı qayandırılmış nəticədə Sabunçu rayonu Məhəmmədi və Kürdəxanı qəsəbələrində təbii qaz təchizatında fasilə yaranmışdır.Hazırda Təmir Tikinti idarəsinin qaz qəza xidməti tərəfindən yaranmış məhdudiyyətin aradan qaldırılması üçün işlər aparılır.

Görülən təmir işləri gecə saatlarında bitəcəyindən “Təhlükəsizlik Qaydaları”nın tələbinə uyğun olaraq təbii qazın verilişi ertəsi gün təmin ediləcək.

Yaranmış məhdudiyyətlə bağlı “Azəriqaz” İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler