» » Nizamidə Beynəlxalq Əlillər Günü qeyd olundu

Nizamidə Beynəlxalq Əlillər Günü qeyd olundu

Bölmə: Sosial
Nizamidə Beynəlxalq Əlillər Günü qeyd olunduBu gün Nizami Rayon İcra Hakimiyyəti YAP Nizami rayon təşkilatı ilə birgə 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə “Yaşıl bağ” istirahət mərkəzində tədbir keçirib.

Xalqinfo.az xəbər verir ki, tədbiri açan Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova BMT tərəfindən təsis olunan və dekabrın 3-də bütün dünyada keçirilən Beynəlxalq Əlillər Gününün 1994-cü ildən Azərbaycanda da hər il qeyd edildiyini diqqətə çatdırıb.

Əlillərin sosial müdafiəyə, mənəvi dəstəyə, humanist münasibətə ehtiyacı olduğunu söyləyən natiq, əlillərin hüquqlarının qorunmasının ən ümdə məsələlərdən biri olduğunu qeyd edib və ölkəmizdə əlillərə dövlət qayğısının ildən-ilə artdığını, fiziki qüsurlu insanların cəmiyyətə inteqrasiyasında və bacarıqlarının üzə çıxarılmasında önəmli addımların atıldığını, əlil uşaqların təhsil almaları üçün xüsusi təhsil müəssisələri və internat məktəblərinin yaradıldığını, onların əməklə məşğul olmaları üçün xüsusi iş yerlərinin açıldığını bildirib.

Tədbirin sonunda əlillərə ərzaq yardımı paylanılıb.

Qeyd edək ki, Nizami rayonunda 6930 əlil qeydiyyatdadır, onlardan 121-i 18 yaşınadək olan uşaqlardır və onlara Rayon İcra Hakimiyyəti tərəfindən digər təşkilatlarla birgə daim diqqət və qayğı göstərilir.

Nizamidə Beynəlxalq Əlillər Günü qeyd olundu
Nizamidə Beynəlxalq Əlillər Günü qeyd olundu
Nizamidə Beynəlxalq Əlillər Günü qeyd olundu

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler