» » Zirə-Türkan avtomobil yolunun tikintisi yekunlaşır -

Zirə-Türkan avtomobil yolunun tikintisi yekunlaşır - Fotolar

Bölmə: Sosial
Zirə-Türkan avtomobil yolunun tikintisi yekunlaşır - Zirə-Türkan avtomobil yolunun tikintisi “Azəravtoyol” ASC tərəfindən yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılır.

ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, hazırda yolboyu son tamamlanma işləri aparılır, yeni asfalt-beton örtüyünün üst qatının döşənməsi işləri görülür. Ümumilikdə isə yolun 65 min kvadratmetr sahəsinə 2 qat olmaqla 12 santimetr qalınlığında yeni asfalt-beton örtüyü döşənir.

İki qəsəbəni birləşdirmək baxımından xüsusi əhəmiyyətə malik yeni yol bağlantısının uzunluğu 7.1 kilometrdir. Yolun 2 kilometrlik hissəsi Türkan qəsəbəsinin daxili yoludur, 5.1 kilometrlik hissə isə tam olaraq yeni tras üzərində layihələndirilib.

Məlumata əsasən, yenidən qurulan Zirə-Türkan avtomobil yolunun hərəkət hissəsinin eni 7 metr, hər bir istiqamət üzrə 1.5 metr çiyin hissələr də daxil olmaqla yol yatağının eni 10 metr təşkil edir. Yaşayış məntəqələrindən keçən hissələrdə isə vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün 1.5 metr enində yeni piyada səkiləri inşa olunub, 12.5 kilometr uzunluğunda müxtəlif ölçülü yeni səki daşları düzülüb.

Layihə çərçivəsində zəruri olan yerlərdə yolun altından kommunikasiya xətlərinin ötürülməsi üçün xüsusi borular qoyulub, hərəkətin normal təşkili üçün 96 ədəd yol nişanı və məlumatverici lövhə, həmçinin yolun işıqlandırılmasını təmin etmək məqsədilə 185 ədəd işıq dirəyi quraşdırılıb.

Səth suların yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün zəruri olan yerlərdə yağış-kanalizasiya sistemi qurulub, yağış barmaqlıqları qoyulub və 3 yerdə suqəbuledici anbarlar inşa edilib. Bundan başqa, 6 yerdə avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədilə xüsusi “cib”li hissələr yaradılıb, yolboyu boş ərazilərdə 100-dən artıq ağac əkilib.

Qeyd olunub ki, Zirə-Türkan yolunun tikintisi iki yaşayış məntəqəsinin 24 min nəfər əhalisinin gediş-gəlişini xeyli yaxşılaşdırır, yük və sərnişindaşımasını asanlaşdırır, vətəndaşların paytaxt mərkəzinə gediş-gəliş yolunu 15 kilometrə yaxın qısaldır.

Zirə-Türkan avtomobil yolunun tikintisi yekunlaşır -
Zirə-Türkan avtomobil yolunun tikintisi yekunlaşır -
Zirə-Türkan avtomobil yolunun tikintisi yekunlaşır -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler