» » "İxtiramla bağlı 5 investordan təklif gəlib" -

"İxtiramla bağlı 5 investordan təklif gəlib" - Reyhan Camalova + Video

Bölmə: Sosial
"İxtiramla bağlı 5 investordan təklif gəlib" -Hindistanın Heydərabad şəhərində keçirilən VIII Qlobal Sahibkarlıq Sammitində iştirak edən və ABŞ prezidentinin qızı və baş müşaviri İvanka Trampın bütün dünyaya nümunə göstərdiyi Reyhan Camalova artıq Bakıdadır.

Xalqinfo.az-ın məlumatına görə, 15 yaşlı azərbaycanlı ixtiraçı səfər təəssüratlarını Xəzər TV-yə ilə bölüşüb. O, Azərbaycanı gənc yaşda təmsil etməkdən fəxarət hissi duyduğunu bildirib.

ABŞ prezidentinin qızı və baş müşaviri İvanka Tramp Qlobal Sahibkarlıq Sammitindən bir gün sonra da Reyhan Camalova ilə görüşüb.

150 ölkədən 1500 nəfər iştirakçı arasında fərqlənməyi bacaran Reyhana artıq ixtirası ilə bağlı 5 investordan təklif də gəlib.
Reyhanın ərsəyə gətirdiyi “Reynerci” adlı qurğu yağışdan enerji alır. Hazırda alternativ enerji mənbələrinə olan tələbatı nəzərə alsaq, bu ixtiranın daha çox marağa səbəb olacağını deyə bilərik.

Qeyd edək ki, Reyhan Camalova gələcəkdə tanınmış elm adamı olaraq “Nobel” mükafatı qazanmaq istəyir.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler