» » "Loqos"un keçmiş psixoloqu fiziki məhdudiyyətli uşaqları təhqir etdi –

"Loqos"un keçmiş psixoloqu fiziki məhdudiyyətli uşaqları təhqir etdi – Foto

Bölmə: Sosial
"Loqos"un keçmiş psixoloqu fiziki məhdudiyyətli uşaqları təhqir etdi –
Sosial şəbəkələrdə Aygün adlı xanımın etdiyi paylaşım etirazlara səbəb olub.

Xalqinfo.az Azxəbər-ə istinadən məlumat verir ki, adıçəkilən xanım rəsmi səhifəsində fiziki məhdudiyyətli şagirdləri təhqir edib, onları aşağılayan ifadələr səsləndirib: "Qüsurlu uşaqlarla işləməyin ən pis tərəfi odur ki, ağzına gələni deyir, hətta söyüş söyür, vurub ağzını qıra bilmirsən. Adı üstündə – qüsurlu. Partlaya-partlaya qalırsan”.

İstifadəçi daha sonra yazıb: "Bir debil şagirdim var, gəlir-gedir söyür məni. Nəslim bu qədər söyülməmişdi mənim. Adı üstündə - "debil". Nə deyəsən?!"

Sosial şəbəkədə yayılan məlumata görə, Aygün xanımın Lənkəran şəhəri "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzində loqoped kimi çalışır.

Şirkətin Lənkəran nümayəndəliyindən bildirilib ki, Aygün adlı xanım əvvəllər "Loqos"da çalışıb, hazırda isə Lənkəranda internat evlərinin birində işləyir. Onun nə paylaşdığı haqda məlumatları yoxdur.

"Loqos"un keçmiş psixoloqu fiziki məhdudiyyətli uşaqları təhqir etdi –

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler