» » Sürücülərin işi asanlaşır -

Sürücülərin işi asanlaşır - VİDEO

Bölmə: Sosial
Sürücülərin işi asanlaşır -Gələcəkdə parkomatlardan kart vasitəsilə ödəniş etmək mümkün olacaq.

"Xalqinfo.az" ans tv-nin verdiyi məlumata istinadən xəbər verir ki, müvəqqəti duracaqlardan istifadəyə görə artıq telefon və elektron kartlarla da ödəniş etmək mümkün olacaq. Hazırda sürücülərin 80 faizi özləri parkomatlardan istifadə edə bilirlər. Çətinlik çəkənlərə orada olan nəzarətçilər kömək edir. Amma elektron kartlarla ödəniş sistemi tətbiq olunduqdan sonra bu problem də öz həllini tapacaq və heç kimin nəzarətçilərin köməyinə ehtiyacı qalmayacaq. Hər kəs rahat pulunu ödəyib maşınını saxlayacaq.

Avtonəqliyyat İdarəsinin əməkdaşı Rüstəm Həsənəliyev sürücülərin rahat şəkildə kartı vurub pullarını ödəyə biləcəklərini dedi.

Ekspert Azər Allahverənovun sözlərinə görə, əgər nömrələrin avtomatik qeydiyyatı aparılarsa o zaman kart sistemi ilə ödəmə sürücülər üçün sərfəli ola bilər. Amma bu sistem tam halda tətbiq olunmazsa, müsbət nəticə gözləməyin xeyri yoxdur.

Həmçinin gələcəkdə kartların balansını elə parkomatlar vasitəsilə də yoxlamaq mümkün olacaq. Hazırda əsas çətinlik bəzi sürücülərin ödəniş etməkdən boyun qaçırmalarıdır. Amma əgər elektron kartlarla ödəmə olarsa, bu cür xoşagəlməz halların da qarşısı alınar.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler