» » Azərbaycan məktəblərinin orta ixtisaslı müəllim problemi

Azərbaycan məktəblərinin orta ixtisaslı müəllim problemi

Bölmə: Sosial
Azərbaycan məktəblərinin orta ixtisaslı müəllim problemi
Azərbaycanda orta ixtisas təhsili ilə orta məktəblərdə dərs deyənlər daha çox ingilis dili müəllimləridir.

Xalqinfo.az Trend-ə istinadən xəbər verir ki, dövlət və qeyri-dövlət əyani ümumi təhsil müəssisələrində işləyən ingilis dili müəllimlərinin 21,6 faizi orta ixtisas təhsillidir.

Orta ixtisas təhsili ilə dərs deyən müəllimlərin siyahısında 2-ci yerdə informatika müəllimləri dayanır. Orta məktəblərdəki informatika müəllimlərinin 8,9 faizi orta ixtisas təhsili ilə bu fənni tədris edir.

Biologiya müəllimlərinin 2,6 faizi, rus dilində dərslər keçirilməyən məktəblərdə (siniflərdə) dərs deyən rus dili və ədəbiyyatı müəllimlərinin 1,9 faizi, rus dilində dərslər keçirilən məktəblərdə (siniflərdə) dərs deyən rus dili və ədəbiyyatı müəllimlərinin 1,5 faizi, ana dili və ədəbiyyat müəllimlərinin 1,3 faizinin təhsili orta ixtisas səviyyəsindədir.

Ümumilikdə 2016-cı ildə Azərbaycanın orta məktəblərində 155448 müəllim çalışıb ki, onların da 77,9 faizi qadındır. Müəllimlərin 20,3 faizi pedaqoji orta ixtisas təhsilli olub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler