» » Havalar soyuduqca, qaza tələbat artır -

Havalar soyuduqca, qaza tələbat artır - “Azəriqaz” problem yoxdur deyir

Bölmə: Sosial
Havalar soyuduqca, qaza tələbat artır -
Havaların soyuması ilə ənənəvi olaraq mənzillərdə mavi yanacağın təzyiqinin azalması müşahidə edilir. Xüsusilə Suraxanı, Binəqədi, Nərimanov rayonlarında abonentlər qazın təzyiqinin aşağı olduğunu bildirirlər.

Məsələ ilə bağlı “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Kərbalayev Modern.az-a deyib ki, qaz təchizatında hər hansı problem yoxdur:

““Azəriqaz” İstehsalat Birlyinin “104” və “185” çağırı mərkəzinə hansı ərazidən müraciət daxil olursa, elektron formada qeydiyyata alınır və aidiyyatı üzrə rayonlara göndərilir. Sözügedən ərazidə əməkdaşlarımız qaz təchizatına yerində baxış keçirir və tənzimlə işlərini icra edirlər”.

“Azəriqaz” rəsmisi qeyd edib ki, havalar soyuduqca təbii qaza olan tələbat da artır:

“Ona görə də tərəfimizdən təbii qaza olan tələbat nəzərə alınaraq artırılır. Yay aylarından fərqli olaraq, qışda qaz sərfiyyatı 3-4 dəfə çox olur”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler