» » "Bizdən nə istədiklərini heç özləri də bilmirlər” -

"Bizdən nə istədiklərini heç özləri də bilmirlər” - Paşazadənin müavini jurnalistlərdən şikayətləndi

Bölmə: Sosial, Din
"Bizdən nə istədiklərini heç özləri də bilmirlər” -
“Medianın dini mühitə olan münasibətində mənim diqqətimi cəlb edən bir məqam var. Bizim jurnalistlər bizdən nə istədiklərini hələ ki, özləri üçün müəyyənləşdirə bilməyiblər”.

Xalqinfo.az bildirir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmərxanım Cavadlı jurnalistlərə açıqlamasında bildirib.

O, qeyd edib ki, mediada Qafqaz Müsəlmanları İdarəsinə qarşı bəzən anlaşılmaz bir aqressivlik hiss olunur: “O məqamda deməyə çox söz var. Amma qısasını bu şəkildə deyim, siz də özünüz üçün bir nəticə çıxardın. Bu qurum 1823-ci ildən Azərbaycanda fəaliyyət göstərən bir dini təşkilatdır. Belə bir təşkilatdan dünya tarixində çox az olub. QMİ bölgənin tarixi müsəlman mərkəzi olaraq əsas siyasətini onun üzərində qurub ki, dövlətçiliyə xidmət etsin. Bu, bizim əsas məsələmizdir. Siz bəzən bizi müxalif və yaxud iqtdar kimi görmək niyyətindəsinizsə, qeyd edim ki, bizim yolumuz o deyil. Bizim ortaq yollarımız var, bu, stereotiplərdən qurtulmaqdır. Bunun zərəri nədir, jurnalistlər bunu qabardıb başqa şəkilə salanda anlamıram. Bəzən jurnalistlərin mövqeyində bizi aşağılamaq kimi məqamlar hiss olunur. Yəni, jurnalistikada belə bir stereotip mövcuddur. Belə fikirlər var ki, Azərbaycanın dini mühitində çoxları bisavaddır, dini təhsili yoxdur və yaxud ümumiyyətlə savadı yoxdur. Doğrudur, "meşə çaqqalsız olmaz", amma ümumiyətlə bunu bir tək dini xadimin günahı kimi görmək siz jurnalistlər üçün doğru olmaz”./musavat.com

"Bizdən nə istədiklərini heç özləri də bilmirlər” -
"Bizdən nə istədiklərini heç özləri də bilmirlər” -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler