» » Kombidə qaza 35 faiz qənaət edən yeni avadanlıq -

Kombidə qaza 35 faiz qənaət edən yeni avadanlıq - Video

Bölmə: Sosial
Kombidə qaza 35 faiz qənaət edən yeni avadanlıq -
İstisu xətləri, radiatorlar, bir sözlə bütün kombi sistemi xüsusi avadanlıqla yuyulur və bununla da qaz sərfiyyatı azalır.

“Xalqinfo” Xəzər TV-yə istinadən xəbər verir ki, ölkəmizə yeni getirilən xususi avadanlıq kombi üçün istifadə edilən qaza 35 faizə qədər qənaət etməyə imkan verir.

Avadanlıq vasitəsi ilə radiatorlar və kombi açılmadan bir nöqtədən qoşulmaqla kombi sistemini yumaq mümkündür. Bu üsul isə qaza böyük həcmdə qənaət etməyə imkan verir.

Sistem yuyulduqdan sonra tıxanmış yollar açıldığından, su daha rahat dövr elədiyi və təmiz suyun qızması daha tez baş verdiyi üçün qazın sərfiyyatı da azalır.

Usta Zaur Allahverdiyevin sözlərinə görə, radiotorun içindəki su təmizlənmədikdə bu, tez-tez kombilərin sıradan çıxmasına və evin yaxşı isinməməsinə səbəb olur.

Bu prosesin maksimum hər 4 ildən bir təkrarlanması məsləhət görülür.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler