» » “63 yaşı varsa necə kubik daşıyıb, asfalt tökməlidir?”

“63 yaşı varsa necə kubik daşıyıb, asfalt tökməlidir?”

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
“63 yaşı varsa necə kubik daşıyıb, asfalt tökməlidir?”
“Əgər Ünvanlı Sosial Yardım alan (ÜSY) alan ailə içərisində əməkqabiliyyətli şəxs varsa onları özünəməşğulluğa cəlb etməliyik. Yerdə qalan sərbəstləşmiş vəsaiti digər ünvanlara, yəni əlillərin müdafiəsinə ötürməliyik”.

“Xalqinfo” xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev deputatların çıxışlarına münasibət bildirərkən deyib. O qeyd edib ki, sosial müavinətlər üçün 7 milyon 200 min manat büdcədən vəsait ayrılıb: “Əlavə 10 milyon da işləməyən ailələrin uşaqları üçün nəzərdə tutulub. Bu da birlikdə 17 milyon manat edir”.

Deputat Əli Məsimli bildirib ki, ehtiyac meyarının həddi ona görə qaldırılmır ki, bu zaman ÜSY alanların sayı çoxalacaq: “Azərbaycana yaraşmır ki yaşayış minumimu orta aylıq əməkhaqqından 3 dəfə aşağı olsun. Bunu artırmaq üçün mənbələr odur ki, yerlərdə kiçik və orta sahibkarların işləməsinə şərait yaratmaq lazımdır. Onların işinə mane olmasaq, bu zaman ölkədə yaşayış minumumu və ehtiyac meyarını artırmaq olar”.

Deputat Siyavuş Novruzov qeyd edib ki, Azərbaycanda pensiya sisteminə keçidlə bağlı MDB ölkələri ilə müqayisədə mühüm addımlar atılıb, amma buna baxmayaraq müəyyən məsələlər qalmaqdadır: “Belə ki, Azərbaycanda ağır işdə çalışanların pensiya yaşının digərləri ilə eyni olması məsələsi diqqəti cəlb edir. Ölkəmizdə pensiyaya çıxan zaman ağır işlər silsiləsi qeyd olunanda əsasən kimyəvi zavodlar və digər yerlər nəzərdə tutulur. Bu da işləyənlərin 2-3 faizini əhatə edir. Bizdə pensiya yaşı 65-dir. Belə olan halda, kiminsə 63 yaşı varsa və onun tikintidə işləmək gücü yoxdursa, necə kubik daşıyıb, asfalt tökməlidir? Məhz buna görə də belə insanlar müəyyən yollarla əlillik alıb pensiyaya çıxırlar”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler