» » Həkimlərin maaşı artırılsın -

Həkimlərin maaşı artırılsın - Təklif

Bölmə: Sosial
Həkimlərin maaşı artırılsın -
“Səhiyyə sahəsinə ayrılan vəsait çox azdır, bu vəsait artırılmalıdır”.

Xalqinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında 2018-ci il üzrə büdcə zərfinin müzakirəsi zamanı parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

O qeyd edib ki, səhiyyə sahəsində çalışanların əməkhaqları olduqca aşağıdır: “Bölgələrdə müasir infrastruktura malik səhiyyə müəssisələri tikilir. Amma əməkhaqlarının aşağı olması bu mərkəzlərin effektiv çalışmasına mane olur. Mən büdcəyə diqqət elədim, gələn il səhiyyə sahəsinə ayrılan xərclər azalıb. Əgər biz səhiyyə sahəsinə ayrılan vəsaitləri sabit saxlasaq və ya azaltsaq, gələcəkdə səhiyyə sahəsində problemlərlə üzləşə bilərik. Azərbaycanda əhalinin sayı ildən-ilə artır. Səhiyyə sahəsinə ayrılan vəsait artırılmalıdır ki, adambaşına düşən səhiyyə xərcləri bu artıma uyğun olsun. Maliyyə Nazirliyindən bu cür ciddi məsələyə diqqət etməyi xahiş edirəm”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler