» » “Bu həftə ərzində şəhidin məzarına bayraq qoyulacaq” -

“Bu həftə ərzində şəhidin məzarına bayraq qoyulacaq” - Yenilənib

Bölmə: Sosial
“Bu həftə ərzində şəhidin məzarına bayraq qoyulacaq” -
“Aprel şəhidi” Sahil Şirinovun anası Şəhla Şirinova oğlunun Qəbələ rayonundakı məzarından narazılığını dilə gətirib.

"Xalqinfo" xəbər verir ki, şəhid anası Modern.az-a məzarın bayraqsız qalmağından gileylənib.

“Sahillə bərabər 9 nəfər “Aprel hadisələri” zamanı gedən döyüşlərdə şəhid olub. Onlar bir yerdə xidmət ediblər. Hər həftənin cümə günü oğlumun yanına gedib təsəlli tapıram. Digər qəbirləri də gedib ziyarət edəndə görürəm ki, hamısında üçrəngli bayrağımız dalğalanır. Bircə mənim oğlumun məzarı bayraqsız qalıb. 4 aydır ki, bu məsələni icra nümayəndələrinə demişik. Amma heç kəs əhəmiyyət vermir. Axı mənim övladım bu bayraq uğrunda şəhid olub. Bayraq günündə neçə dəfə ölüb-dirildim. Oğlumun məzarı bayraqsız qalıb. Oğlumun nişan üzüyü şkafda qalıb. Baxdıqca ürəyim xarab olur. İndi bir şəhidin məzarına qarşı niyə belə laqeyd yanaşırlar?!”.

Şəhidin anası məsələyə kömək edilməsini istəyib.

“Təəssüf ki, bəziləri şəhidlərimizi unudurlar. Dünən Qəbələdən Bakıya gələndə şəhid anasını marşrut avtobusundan düşürdülər ki, “biz adam aparırıq, çanta yox”. Belə laqeydlikləri gördükcə pis oluram. Bəzi səlahiyyətli insanların laqeydsizliyi əsəb yaradır. Oğlumun şəhid olmasından sonra səhhətimdə problemlər yaranıb. Ürəyimdən əməliyyat olunmalıyam. Amma əməliyyat olunmağa maddi imkanım yoxdur. Səlahiyyətli şəxslərdən kömək istəyirəm”.

***

“Bu həftə ərzində şəhidin məzarının üstünə bayraq qoyulacaq”

Bu barədə “Qafqazinfo”ya Qəbələ rayon İcra Hakimiyyətinin əməkdaşı Abdulla Əsədov “Aprel şəhidi” Sahil Şirinovun anası Şəhla Şirinovanın oğlunun Qəbələ rayonundakı məzarına bayraq asılmaması ilə bağlı narazılığına cavab verərkən bildirilib.

O qeyd edib ki, rayonun səfərbərlik və hərbi xidmətə çağırış idarəsinə şəhidin anası tərəfindən müraciət daxil olub: "Şəhla Şirinova səhhəti ilə bağlı Bakıya gedib. Bu günlərdə qayıtmalıdır. Bayraq da hazırdır. Şəhidin qardaşı ilə danışdıq. Ancaq anası ilə bayrağın harda qoyulacağı ilə bağlı məsləhətləşmələr aparılmalıdır. Ona görə də 1-2 günə məsələ öz həllini tapacaq”.

Qeyd edək ki, şəhid anası Şəhla Şirinova 4 aydır ki problemlə bağlı icra nümayəndəliyinə müraciət etsə də məsələnin həll edilməməsindən gileylənib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler