» » Deputat tıxacların aradan qaldırılması üçün təklif verdi

Deputat tıxacların aradan qaldırılması üçün təklif verdi

Bölmə: Sosial
Deputat tıxacların aradan qaldırılması üçün təklif verdi
“Tıxac probleminin həll edilməsi üçün dövlət tərəfindən xeyli işlər görülür, yollar genişləndirilir, körpülər, tunellər tikilir.Ancaq bir problem həll olunmasa, tıxacların aradan qaldırılması mümkün olmayacaq”.

Xalqinfo.az-ın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında deputat Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, yolların bir hissəsi avtomobil dayanacağı kimi istifadə olunur ki, bu da tıxacların yaranmasına səbəb olur.

“Sahibkarlara deyəndə ki, niyə çoxmərtəbəli avtomobil dayanacağı tikmirsiniz, deyirlər ki, ora qoyulan vəsaiti götürmək olmur.

Deputat təhsil kreditləri məsələsinə də toxunub.

“Təhsil kreditləri ilə bağlı məsələ də neçə illərdir ki, müzakirə mövzusudur. Təhsil Nazirliyi də bununla bağlı müvafiq addımlar atır. Bu gün Azərbaycanda 162 min tələbə təhsil alır.

Amma mənim bildiyim qədər ötən il ərzində cəmi 200 tələbə kredit imkanından yararlana bilib. Mətbuatdan əldə etdiyim məlumata görə, 7 min tələbə isə təhsil haqqını ödəyə bilmədiyi üçün ali təhsil dalınca gedə bilməyib. Bu, çox böyük və narahatedici göstəricidir. Ona görə də bu məsələni həll etmək üçün Təhsilə Yardım Fondu yaradılmalıdır. Bunun məlum problemin həllinə çox böyük xeyiri olar”

Təklif edirəm ki, çoxmərtəbəli avtomobil dayanacağı tikən sahibkarları vergidən azad edək, onlara dəstək göstərək ki, dayanacaqlar tiksinlər. Xaricdə də belədir”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler