» » Bakıda üçəm doğuldu-

Bakıda üçəm doğuldu- FOTO

Bölmə: Sosial
Bakıda üçəm doğuldu-Azərbaycanda nadir hadisələrdən biri baş verib. Bakı şəhərində gənc ana üçəm dünyaya gətirib. Xətai rayon sakini olan 27 yaşlı Samirə Adıgözəlovanın 3 saylı Şəhər Xəstəxanasında 3 qız övladı doğulub.

Doğuş şöbəsinin həkimi Arzu Babayeva milli.az-a açıqlamasında bildirdi ki, S.Adıgözəlovanın ikinci hamiləliyi olub. Körpələrin çəkisi 1600, 1700, 1800 qramdır.

S.Adıgözəlova Milli.Az-a bildirdi ki, üçəmlərdən başqa, bir qız övladı var. Hazırda 4 uşaqla qaynatasının Sabunçudakı evində yaşayır. Üçəm anası maddi problemlərindən söz açdı, dövlətin köməklik etməsini xahiş etdi.

Bakıda üçəm doğuldu-

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler