» » Rayonlara yağış yağacaq

Rayonlara yağış yağacaq

Bölmə: Sosial
Rayonlara yağış yağacaq
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Xalqinfo”ya daxil olan xəbərə görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 10-13, gündüz 13-16, Bakıda gecə 10-12, gündüz 13-15 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 753 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında qərb rayonlarından başlayaraq arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 5-10, gündüz 13-17, dağlarda gecə 1-6, gündüz 6-10 dərəcə isti olacağı gözlənilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler