» » Nazirlik Bakıda tarixi binanın söküntüsü barədə: Bizi dinləmədilər –

Nazirlik Bakıda tarixi binanın söküntüsü barədə: Bizi dinləmədilər – Foto

Bölmə: Sosial
Nazirlik Bakıda tarixi binanın söküntüsü barədə: Bizi dinləmədilər –
Mədəniyyət və Turizm Nazirliyi Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə iki dəfə müraciət edərək, Tələt Şıxəliyev küçəsindəki tarixi binanın sökülməsinin yolverilməz olduğunu bildirib.

Xalqinfo.az-ın xəbərinə görə, bu barədə virtualaz.org-a Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni irsin qorunması, inkişafı və bərpası dövlət xidmətinin rəisi Zakir Sultanov bildirib.

“Bu binanın tarixi əhəmiyyətini əsaslandıran ekspert qiymətləndirmələri təqdim edilmişdi. Lakin bu müraciətlərə diqqət yetirilmədi. Tarixi binanın sökülməsi barədə qərarı qətiyyətlə qınayırıq”, - Zakir Sultanov deyib.

Xatırladaq ki, bundan əvvəl yerli KİV-də paytaxtın Nərimanov rayonunda Tələt Şıxəliyev küçəsində tarixi binaların sökülməsi ilə bağlı məlumat yayılıb.

Nazirlik Bakıda tarixi binanın söküntüsü barədə: Bizi dinləmədilər –
Nazirlik Bakıda tarixi binanın söküntüsü barədə: Bizi dinləmədilər –
Nazirlik Bakıda tarixi binanın söküntüsü barədə: Bizi dinləmədilər –

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler