» » Türkiyəli jurnalist azərbaycanlı yol polisindən yazdı:

Türkiyəli jurnalist azərbaycanlı yol polisindən yazdı: ”Dedi, pulun yoxdursa...”

Bölmə: Sosial
Türkiyəli jurnalist azərbaycanlı yol polisindən yazdı:
Bu yaxınlarda Bakıya üç günlük səfərə gələn Türkiyənin Adana şəhərində çap olunan ”Göy Türk” qəzetinin baş redaktoru, yazar Mehmet Turaçcı Bakı ilə bağlı təəssüratlarını adanahaber.net saytında bölüşüb.

Bu barədə məlumatı Xalqinfo.az-a diaspor üzrə araşdırmaçı-jurnalist, yazarla dostluq edən Elnur Eltürk verib.

Yazar yazısına “Yavru Vatan Kıbrısdırsa, qardaş vətən Azərbaycandır" cümləsi ilə başlayır.

Azərbaycan insanı və ölkə haqqında xoş sözlərlə davam edən məqalədə diqqət çəkən məqamlardan biri də, yazarla Azərbaycan Dövlət Yol Polisinin əməkdaşı ilə olan söhbətdir.

“İlk dəfə idi ki, Bakıda idim. İnsanlar mənə yad yox, doğma kimi idilər. Mənə ən çox təsir edən məqam bizi yolda saxlayan yol polisi ilə söhbətimiz oldu. Məndən haralı olduğumu soruşdu. Adanalı olduğumu deyincə ,”Adanaspor” bildiyini, “Adana Dəmirspor”un keçmiş oyunçusu Potini çox sevdiyini söylədi. Klubun formasını məndən istədi və ən qısa zamanda formanı ona göndərəcəyimi söylədim. Ondan ayrılarkən mənə: "Qardaş, pulun yoxdursa, sənə pul verim. Biz qardaşıq. Çəkinmə!”.- dedi”.

Məqalənin davamı ilə buradan tanış olmaq olar:

http://www.adanahaber.net/gardas-azerbaycanda-3-gun-makale,1671.html

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler