» » Astarada bulvar salınır -

Astarada bulvar salınır - FOTO

Bölmə: Sosial
Astarada bulvar salınır -Astarada Bakı bulvarı ilə rəqabət aparacaq bulvar salınır."Xalqinfo.az" lent.az-ın verdiyi məlumata istinadən bildirir ki, Park-bulvarın tikintisinə 2014-cü ilin aprel ayında başlanılıb. 8 hektar bataqlıq sahədə salınan park-bulvarın tikintisi üçün 250 min kub metrə yaxın torpaq daşınıb, sahilboyu 650 metr məsafədə mühafizə bəndi, gəzinti yeri, istirahət meydanı dəmir beton konstruksiya ilə betonlanıb. Bulvarda 7000 kv metr travertin materialı düzülüb, sahil boyu paslanmayan borudan 600 metr məhəccər qurulub, müasir işıqlandırılma sistemi quraşdırılıb. 150-dən çox xançinar, dəmir ağac, palıd və müxtəlif növ dekorativ ağaclar əkilib, suvarma sistemi qurulub və 600 kv metrlik fəvvarə tikilib. Hazırda 2 ədəd şəlalənin tikintisi, uşaqların əylənməsi üçün müxtəlif attraksionların quraşdırılması işləri aparılır.
Bulvar ərazisində əyləncə mərkəzinin, çay evi və kafenin, çimərlik futbolu, çimərlik voleybolu və açıq fitnes meydançalarının yaradılması nəzərdə tutulub.
Bundan əlavə, rayona gələn turistlərin və qonaqların istirahətini təmin etmək üçün bulvara yaxın ərazidə olan mövcud bina yenidən qurularaq 3 mərtəbəli hotel inşa edilib. Eyni zamanda hotelin yaxınlığında 12 ədəd 2 mərtəbəli kottec də tikilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler