» » 15 yaşında qıza elçi gedərkən, hara baxırdız?! Reytinq cədvəlinə?!

15 yaşında qıza elçi gedərkən, hara baxırdız?! Reytinq cədvəlinə?!

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
15 yaşında qıza elçi gedərkən, hara baxırdız?! Reytinq cədvəlinə?!
Bəzi silkələnmələrin fonunda şirin yuxuya getdiyimizi zənn edirik. Ayılanda isə qarşılaşdığımız mənzərə onu göstərir ki, artıq qoşa xətlər qanunlara tabe olmaq missiyasını çoxdan kəsib atıb.

Həftənin hesabatını təqdim edirəm.

“Şimal ayısı” mələk obrazında”

Yola saldğımız həftə ələxsus da, Cənubi Qafqazın gözü Soçiyə dikilmişdi. O səbəbdən ki,Türkiyə prezidenti Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə bir araya gəlmişdi. Onsuz da rəsmilərin sayını itirdiyimiz görüşlərindən xeyrimizə nəsə hasil olunmayıb. Ümid etdik ki, bəlkə bu dəfə nəsə möcüzə baş verər. Həmişəki kimi baş vermədi. Görüşdən sonra bəlli olub ki, Rusiya Qarabağ münaqişəsinin həllinə o qədər də ümidli deyilmiş. Guya bunu bilmirdik də…

Cənubi Qafqazı əlində oyuncağa çevirən Rusiyanın pultu Kremldən yaxşı idarə olunur. Yoxsa, forpost postunda oturan Ermənistan öz gücünə özgə torpaqlarında şellənə bilməzdi ki! 25 ildir region Rusiyanın nəzarətində olan münaqişə ocağı kimi közərir. Rusiya nə sönməsinə imkan verir, nə də söndürülməsinə.

İndi qəzəbini boğa bilməyən Putin, Qarabağa görə necə də ümidsiz imiş. Demək ki, super dövlətlər də ümidsiz düşünə bilirmiş. Ay-hay!!! Biz də inandıq. Şimal ayıları idarəetmədə çömçəni kənara qoymağı sevməzlər. Sadəcə, məsələnin əsl mahiyyətini məharətlə gizlətməyi bacarırlar.

15 yaşında qıza elçi gedərkən, hara baxırdız?! Reytinq cədvəlinə?!

Təbiətin zarafatı elə-belə olmur

Yola saldğımız həftə zəlzələ küləyi ayağımızın altından əsib keçdi. Öncə qonşu İranda başlayan zəlzələ xəbərinə oyandıq. Əks təsir edib-etməyəcəyini xəbər aldıq. Az keçmədi ki, ölkənin bir neçə rayonunda zəlzələ baş verdi. Yeraltı təkanlar ən çox Tərtərdə, Ağdamda, Bərdədə hiss olundu. Şükür ki, itkisiz ötüşdük. Amma təbiətin zarafatının elə-belə olmadığını unutmayaq. Təbiətin qurbanları bir-iki nəfərlə yekunlaşmır. Sadəcə, dağıdıcı təbiət hadisələrinə “bizdən iraq olsun” deyək.

15 yaşında qıza elçi gedərkən, hara baxırdız?! Reytinq cədvəlinə?!

Reytinq cədvəlinə qurban seçilənlər

Yola saldığımız həftə yenə də kimlərsə öz havasına oynayırdı. Daha doğrusu, Xəzər televiziyasının aparıcısı Zaur Kamal 5/5 verilişinin “Evlilik” rubrikasında rayonlardan birinə 15 yaşlı qıza elçi düşüb. Faciə odur ki, bu havaya həm də milyonlarla insan tamaşa edirdi. O tamaşa ki, kobud səslənsə də, rəsmi qurumların bar-bar bağırdığı bir vaxtda Xəzər televiziyası aparıcısı ilə birgə öz ampulasına xidmət edirdi. Özü də kefləri istəyən formada.

İndi kimi soruşursan “televiziyaya baxmıram” deyir. Hərçənd ki, televiziya mənim, sənin, onun zövqü ilə ölçülmür. Televiziya həm də elə mənim, sənin, onun zövqü ilə ölçülür. Deməli, bu paradoksallığın nəbzinə uyğun bir sistem qurulmalıdır ki, insanları zövqsüzlükdə günahlandırmayaq. Yaxud da, bayağı şoulara görə informasiya qutusu zibil yeşiyinə atılmamalıdır.

Televiziya həm də dördüncü hakimiyyətin bir qoludur. Eyni zamanda, televiziya böyük bir səhnədir. O səhnədə əyləncənin olması mütləqdir. Günümüzün reallığında isə təəssüfedici məqam televiziya mühitimizin bayağılaşma havasını önə çəkməsidir. Heç bilirsinizmi ki, cəmiyyətimizdə əhlinin az savadlı təbəqəsi üçün Zaur, Xoşqədəm ismi peyğəmbər adına bərabər tutulur?! Heç bilirsinizmi ki, qara taleyini televiziya məkanından izləmək istəyənlərin sayı-hesabı yoxdur?!

Ölkənin ən ucqar regionuna baş vursaq, adını çəkdiyimiz aparıcıların Milli Məclisdə təmsil olunan hansısa deputatdan daha çox tanınıb sevildiyini görərik.

Bu da anlaşılandır. Televiziyanın insanlara ötürdüyü informasiya daha hopdurucu təsirə malikdir. Nəyi təbliğ edirlərsə, o da öz bəhrəsini verir. Müstəqillikdən bu yana, hərtərəfli formada deformasiyaya məruz qalmalı olduq. Kimlərəsə məxsus olanları özümüzünküləşdirməmək əvəzinə, özümüzdə olanların istifadəsini kütləviləşdirə bilmədik. Bu hal təhsildən tutmuş mədəniyyət sahəmizə qədər kölgə effekti verdi.

15 yaşında qıza elçi gedərkən, hara baxırdız?! Reytinq cədvəlinə?!

Televiziyalarımız isə daha acınacaqlı mənzərəni masamıza düzdü və biz təhlükəli qidaları udmaq məcburiyyətində qaldıq.

Tamaşaçının sevimli aparıcısı efirində keyfiyyətsiz malı reklam edirsə, dərhal mağazalarda növbə yaranır. “Ay qız gördün, filankəs də ondan yeyir eyy”, Aha, elə o filankəslərin qurduğu “tələ”də neçə-neçə qurbanlar “can verir”. Şərt deyil ki, bu tələyə düşənlərin evində yas çadırı qurulub molla yasin oxumur. Şərt odur ki, genefondumuzun köklü şəkildə silkələnməsinə yol açmaqdadır.

Mənəviyyata birbaşa zərbə vuran verilişlər reytinq sıralamasında ön cərgəni zəbt etməklə məşğuldur. Nədənsə, bir çox Tv-lərə rəhbərlik edənlər cərgəni zəbt etməkdən dolayı çox məmnun görünürlər. Axı niyə?! Bu millət hansısa yabançı cəmiyyətin çırağını yandırmır ki! Bu millətin aydınları, ziyalıları cəhalətə, savadsızlığa, təhsilsizliyə qarşı mübarizə aparıblar. Bu mübarizə üsulu bu gün də davam edir.

Mübarizənin davam etdiyi bir vaxtda kimlərsə reytinq qazansın deyə, böyük faciələrə yol açır. Bölgələrdə erkən nikahların fəsadlarını ya paytaxt küçələrində, ya əxlaqsızlıq yuvalarında, ya da sığınacaqlarda görmək olar. Necə olur ki, hamının gördüyünü daha tez görən, bir televiziya qurumuna nəzarət edən kəslər, efirində erkən nikahın təbliğinə yol açdığını görmür?! Adama deyərlər, 15 yaşında qıza elçi gedərkən, bəs siz hara baxırdız?! Reytinq cədvəlinə?

Dəhşətlisi odur ki, təbliğat maşınında nəyi təbliğ etdiklərini anlaya bilmirlər. Bəlkə də, anlamaq istəmirlər. Görünür, bugünkü efirlərində erkən nikahların təbliğini aparmaqla, sabahkı efirləri üçün ailə faciələrinin şousunu hazırlayırlar. Halbuki, erkən nikahlara qarşı mübarizə aparan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi var. Dövlət bu sahədə maarifləndirmə işlərini həyata keçirir ki, fəsadların sonunda savadsız kütlə ordusu yaranmasın. Onsuz da bütün cəmiyyətlərdə savadsız kəsimi aldatmaq asandır. Amma bu aldatmanın müqabilində əxlaqi və tibbi fəsadlar ortaya çıxcacaqsa, o zaman vicdanımız necə rahat olacaq?! Bəlkə yatmış vicdanımızı silkələyək, önümüzə qoyub düşünək?!

Həssas məsələlərdə kollektiv şəkildə gözümüzü dörd açsaq, “xəncərimizin qaşı düşməyəcək”. Uzaqbaşı reytinq cədvəlində geriləyəcəyik. Vəssalam!!!/Modern.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler