» » “Azəristilik” söz verdi:

“Azəristilik” söz verdi: “Sabahdan bütün mənzillərdə istilik olacaq”

Bölmə: Sosial
“Azəristilik” söz verdi:
“Azərisitilik” ASC mənzillərin bəzilərinin istiliklə təmin edilməməsinə aydınlıq gətirib. “Azəristiliktəchizat” ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev Modern.az-a bildirib ki, sabahdan etibarən bütün binlardakı mənzillər istiliklə təmin olunacaq:

“Noyabr ayının 15-dən istilik mövsümü başlamasına baxmayaraq, bütün mənzillərə eyni vaxtda istilik verilə bilməmişik. Biz “Azəriqaz”a müraciət etdik ki, qazanxanaların qaz təchizatını tədricən yerinə yetirsinlər. Çünki birdən-birə 551 qazanxananın istiliklə təmin edilməsi mümkün deyil. “Azəriqaz” qaz təminatını tənzimləyir, qazanxanalar işə düşdükdən sonra biz tənzimləmə aprırıq. Bu da müəyyən vaxt alır. Amma hazırda qazanxanaların böyük hissəsi istiliklə təmin olunub, sadəcə tənzimlə aparılır”.

İstilik tariflərinin dəyişdirilməsinə gəlincə, R.Əliyev deyib ki, “Azəistilik” Tarif Şurasına təqdim etdiyi hesabtda zərərlə işlədiyini bildirib:
“Biz mütəmadi olaraq, hesabatlarda məhsulumuzun maya dəyəri və zərərləri barədə məlumat vermişik. Tariflərin dəyişib-dəyişməyəcəyi isə həmin qurumun səlahiyyətindədir”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler