» » Azərbaycanda peşə məktəbləri 3 cür olacaq

Azərbaycanda peşə məktəbləri 3 cür olacaq

Bölmə: Sosial
Azərbaycanda peşə məktəbləri 3 cür olacaq
Azərbaycanda peşə təhsili müəssisələrinin növləri müəyyənləşib.

“Xalqinfo”nun Modern.az-a istinadən məlumatına görə, bu barədə yeni hazırlanan “Peşə təhsili haqqında” qanun layihəsinin 9-cu maddəsində (peşə təhsili sisteminin quruluşu) qeyd edilib.

Yeni sənədə görə, peşə təhsili müəssisələrinin növləri aşağıdakılardır:

1. Peşə məktəbi;
2. Peşə liseyi;
3. Peşə təhsil mərkəzi.

Yeni qanun layihəsinə əsasın, ümumtəhsil müəssisələrində təhsil alan şəxslərə ilk peşə təhsili almaq hüququ verilir.
Peşə məktəbinə qəbul olunan şəxslərə yalnız texniki peşə təhsili almaq hüququ verilir.

Peşə liseyinə ümumi orta təhsil bazasından qəbul olunan şəxslərə texniki peşə təhsili ilə yanaşı tam orta təhsil, tam orta təhsil bazasından qəbul olunan şəxslərə texniki peşə təhsili almaq hüququ verilir.

Peşə təhsil mərkəzinə ümumi orta təhsil bazasından qəbul olunan şəxslərə texniki peşə təhsili ilə yanaşı tam orta təhsil və orta peşə təhsili, tam orta təhsil bazasından qəbul olunan şəxslərə texniki peşə təhsili və ya orta peşə təhsili almaq hüququ verilir.

Yeni qanun layihəsi 1-ci oxunuş üçün Milli Məclisin plenar iclasına tövsiyyə edilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler