» » Uçqun zamanı torpağın altından çıxarılan fəhlənin vəziyyəti orta-ağırdır

Uçqun zamanı torpağın altından çıxarılan fəhlənin vəziyyəti orta-ağırdır

Bölmə: Sosial
Uçqun zamanı torpağın altından çıxarılan fəhlənin vəziyyəti orta-ağırdır
Zığ qəsəbəsində drenaj sistemi qurmaq üçün aparılan qazıntı işi zamanı bir nəfər fəhlə torpağın altında qalıb. Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində həmin şəxs torpağın altından çıxarılaraq xə

Suraxanı rayonu ərazisində yerləşən Zığ qəsəbəsinin 43 saylı yaşayış binasını uçmaq təhlükəsindən qorumaq üçün aparılan işlər az qala bir nəfərin həyatı bahasına başa gələcəkdi.

Xalqinfo.az Xezerxeber.az-a istinadən xəbər verir ki, Sabunçuda yerləşən 3 saylı şəhər-kliniki xəstəxanasına yerləşdirilən Əmirəhməd Bağırzadənin vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə hadisənin yaşandığı 43 saylı binanın arxasında drenaj işləri aparılır. Məqsəd binanın möhkəmləndirilməsini təmin etməkdir.

Xatırladaq ki, yaranmış vəziyyətlə baglı binadan sakinlərin köçürülməsi prosesi yalnız Fövqəladə Hallar Nazirliyinin rəyindən sonra həyata keçirilə bilər.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler