Gömrük ödənişlərinin qaytarılması qaydası dəyişdiBölmə: Sosial
Nazirlər Kabineti “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nda dəyişikliklər edib. Xalqinfo.az-ın məlumatına görə, həmin qaydalara aşağıdakı dəyişiklik edilib: 1. 2.2-ci bənddə “əsasən Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fondundan” sözləri “uyğun olaraq Gömrük Məcəlləsinin 334-cü maddəsinə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitdən” sözləri ilə əvəz edilsin. 2. 6.9-cu bənddə “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə sözləri “Komitəyə” sözü ilə əvəz edilsin. 3. 6.10-cu bənddə “Azərbaycan Respublikasının gömrük sisteminin büdcədənkənar inkişaf fondundan” sözləri “Gömrük Məcəlləsinin 334-cü maddəsinə əsasən Komitənin hesabına köçürülən vəsaitdən” sözləri ilə əvəz edilsin. 4. 7.4-cü bənd aşağıdakı redaksiyada verilsin: “7.4. Gömrük yığımları və haqq qaytarılarkən, Gömrük Məcəlləsinin 334-cü maddəsinə əsasən Komitənin hesabına köçürülən vəsaitin mədaxili faktiki qaytarılmış məbləğ qədər azaldılır”. |
XƏBƏR LENTİ
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|