» » Oğuz meşəsində ağaclar kütləvi şəkildə məhv edilib

Oğuz meşəsində ağaclar kütləvi şəkildə məhv edilib

Bölmə: Sosial
Oğuz meşəsində ağaclar kütləvi şəkildə məhv edilib
Meşə massivində kömür quyuları qazılaraq qanunsuz yolla xeyli sayda ağaclar məhv edilib.

Xalqinfo.az-ın Xəzər TV-yə istinadən məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Oğuz rayonu ərazisində keçirdiyi reydlər zamanı ağac kömürü hazırlanması məqsədilə 84 ədəd quyu qazıldığı, qanunsuz yolla əldə edilmiş 103 kubmetr həcmində meşə materiallarından istifadə edildiyi aşkarlanıb.

Rayonun Muxas kəndində aparılan reyd zamanı meşə fonduna 2 min manatdan çox ziyan vurulduğu müəyyənləşib. Reyd zamanı aşkarlanan quyular yararsız hala salınıb.

Faktlarla bağlı təqsirkar şəxslər barəsində aktlar tərtib edilərək Oğuz rayon prokurorluğuna göndərilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler