» » Bütöv bir binanın istilik avadanlıqları oğurlandı -

Bütöv bir binanın istilik avadanlıqları oğurlandı - Bakıda qəribə olay

Bölmə: Sosial
 Bütöv bir binanın istilik avadanlıqları oğurlandı -
Bakının Nəsimi rayonunda bütöv bir binanın istilik sistemi avadanlıqları oğurlanıb, bina sakinləri istiliksiz qalıb. Nəsimi rayonu Asim Məhərrəmov küçəsi bina 24-ün sakinlərinin Lent.az-a verdiyi məlumata görə, binaya təhkim olunan istilik üzrə məsul şəxslər buna görə əhaliyə istiliyin verilməyəcəyini bildirib.

Bildirilib ki, 4 girişli binanın bütün girişlərində istilik sistemi “vintel”ləri və digər avadanlıqları oğurlandığı üçün müvəqqəti olaraq istilik olmayacaq. Bina sakinlərinə bildirilib ki, oğurlanan avadanlıqları özləri almalıdırlar. Hazırda 48 mənzildən ibarət binada evlər istiliksiz qalıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler