» » Ermənistanın Gürcüstandakı səfirliyi qarşısında etiraz aksiyası keçirildi -

Ermənistanın Gürcüstandakı səfirliyi qarşısında etiraz aksiyası keçirildi - Foto + Video

Bölmə: Sosial
Ermənistanın Gürcüstandakı səfirliyi qarşısında etiraz aksiyası keçirildi -
Xalqinfo.az xəbər verir ki, bu gün Gürcüstanın paytaxtı Tiblisi şəhərində yerləşən Ermənistan dövlətinin səfirliyi qarşısında bir qrup azərbaycanlı fəal icazəli etiraz aksiyası keçirib.

Şəhər meriyası ilə razılaşdırılan aksiyanın başlıca tələbi erməni girovluğunda saxlanılan Azərbaycan vətəndaşları – Dilqəm Əskərovla, Şahbaz Quliyevə azadlıq istəməklə bağlı olub. Aksiyada girovluqda olan Dilqəm Əskərovun oğlu Kürdoğlu Əskərov da iştirak edib. Hal-hazırda aksiya davam edir. Ətraflı məlumat verməyə çalışacayıq.

Tədbir metronun Marcanişvili stansiyası qarşısından yürüşlə başlayıb. Aksiyada Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda girov götürülmüş və separatçı Dağlıq Qarabağ rejiminin qeyri-qanuni məhkəməsi tərəfindən azadlıqdan məhrum edilmiş Dilqəm Əsgərov və Şahbaz Quliyevə azadlıq tələb olunub.

“Azərbaycanlı girovlara azadlıq!”, “Ermənistanın işğalına son!” şüarları altında keçirilən tədbirə azərbaycanlıların yerli təşkilatlarının nümayəndələri, azərbaycanlı fəal gənclər və tələbələr qatılıb.Tibilisi meriyası ilə razılaşdırılmış aksiya zamanı heç bir insident olmayıb.

Ermənistanın Gürcüstandakı səfirliyi qarşısında etiraz aksiyası keçirildi -
Ermənistanın Gürcüstandakı səfirliyi qarşısında etiraz aksiyası keçirildi -
Ermənistanın Gürcüstandakı səfirliyi qarşısında etiraz aksiyası keçirildi -
Ermənistanın Gürcüstandakı səfirliyi qarşısında etiraz aksiyası keçirildi -
Ermənistanın Gürcüstandakı səfirliyi qarşısında etiraz aksiyası keçirildi -
Ermənistanın Gürcüstandakı səfirliyi qarşısında etiraz aksiyası keçirildi -
Ermənistanın Gürcüstandakı səfirliyi qarşısında etiraz aksiyası keçirildi -



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler